Şəhidin medalı ailəsinə təqdim edildi

Şəhidin medalı ailəsinə təqdim edildi<b style="color:red"></b>Cəbhədə erməni təxribatının qarşısını alarkən 2015-ci ilin avqust ayında şəhid olan Ağadadaş Şahkərəmovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim edilib.\r\n\r\nAPA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib.\r\nMN-nin əməkdaşı, polkovnik Abdulla Qurbani son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdən, ordumuzun qazandığı uğurlardan bəhs edib, bildirib ki, şəhid qanı tökülən torpaq heç vaxt düşmən tapdağında qala bilməz.\r\nÇıxışlardan sonra medal şəhidin anasına təqdim olunub. Bildirilib ki, Ağadadaş kimi qəhrəman oğullarımızın qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daim uca tutulacaq.\r\nQeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Ağadadaş Şahkərəmovun ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 40
  • 22
  • 352
  • 1,681
ILK-10 Azeri Website Directory