28 APREL – AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ

\r\n

1 Həyatda elə insanlar var ki, Tanrı sanki onları bu dünyaya, insanlara yaxşılıq və xeyirxahlıq etmək, dara düşənin dadına çatmaq, imkansıza əl uzatmaq, el-obanın dərd-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün gətirmişdir. Məhz belə bir nümunəvi həyat amalı ilə ömür sürüb, gözlərə nur, ürəklərə sevinc bəxş edən, hələ sağlığında ikən milyonların qəlbində öz heykəlini ucaldan xoşbəxt insanlardan biri də Azərbaycanın görkəmli oftalmoloq alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevadır.

\r\n\r\n

Zərifə xanım Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya  göz açmışdır.

\r\n

Sonradan tale elə gətirdi ki, o, özünə layiq bir şəxsiyyətlə-Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevlə xoşbəxt ailə qurdu. Həyatının bundan sonrakı dövründə Zərifə xanım Vətəninə, xalqına, insanlara olan məhəbbətinin, respublika səhiyyəsinin, bütövlükdə tibb elminin inkişafına göstərdiyi danılmaz xidmətlərin sevincini ulu öndərlə birgə yaşadı. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin möhtəşəm uğurlarında, gördüyü bütün işlərdə  onu hamıdan yaxşı başa düşən sevimli  ömür-gün yoldaşı  Zərifə xanım Əliyevanın da payı vardır. Burada mənəvi dayağın rolu xüsusi qeyd olunmalıdır.

\r\n

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Ailəsi  elə həmin il  Bakıya köçmüş və Zərifə xanım Şərur rayonunda anadan olsa da, onun həyatının sonrakı dövrü  Bakı şəhəri ilə bağlı olmuşdur.

\r\n

Zərifə Əliyeva 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan  məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik, təvazökar tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər fənlərin  də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. İnstitutda keçirilən tələbə elmi toplantılarında elmi məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq  alimlərlə fikir mübadiləsi apara bilirdi.

\r\n

Zərifə xanım Əliyeva diplomaqədərki təhsili dövründə bütün varlığı ilə göz həkimliyinə-oftalmologiya elminə bağlanmışdı, səhiyyənin bu çətin, eyni zamanda maraqlı və məsuliyyətli sahəsi onun diqqətini daha çox çəkirdi. Ona görə də 1947-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra, o, tərəddüd etmədən inamla oftalmoloq ixtisasını  seçir. Bununla belə, ona aydın idi ki, dar ixtisas üzrə kamil mütəxəssis olmaq üçün institut təhsili kifayət etmir və mütləq bir neçə il də diplomdansonrakı  hazırlığa önəm verməlidir. Bu məqsədlə institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Bakıya qayıtmış, 1949-cu ildə  Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi  işçi vəzifəsində çalışmağa başlamışdır. Zərifə xanım fəaliyyət göstərdiyi Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar axtarmaq streotipindən uzaq olmağa çalışmış, Vətənə, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail ola  bilmişdir.

\r\n

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. O, oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

\r\n

O, həm də  keçmiş SSRİ  Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək, dəyərli çıxışlar, məruzələr etməklə dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir.

\r\n

1985-ci il aprel ayının 15-də akademik Zərifə xanım Əliyeva əbədiyyətə qovuşmuşdur.

\r\n

Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaqdır.

\r\n

Xanım NƏSİBOVA,

\r\nYevlax.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory