İndi zaman işğalçı ölkənin əleyhinə işləyir

“PREZİDENT CƏBHƏYƏ MÜLKİ GEYİMDƏ GETMƏKLƏ ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏTİN OLMADIĞINI GÖSTƏRDİ”

\r\nİndi zaman işğalçı ölkənin əleyhinə işləyir<b style="color:red"></b>\r\n\r\nMəlum olduğu kimi, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan son gərginlikdən sonra Prezident İlham Əliyev Ağdam, Tərtər və Bərdə rayonlarına səfər edib.\r\n\r\nMayın 1-də cəbhə bölgəsinə gedən Ali Baş Komandan “N” saylı hərbi hissədə olub, erməni hərbi birləşmələrinin dinc əhalini hədəfə alması nəticəsində dağılan evlərə baş çəkib, xəstəxanada hadisə nəticəsində yaralanan mülki şəxslərin səhhəti ilə maraqlanıb, yerli əhali ilə görüşüb, onların qayğılarının həll olunması istiqamətində icra strukturlarına öz tapşırıqlarını verib.\r\n\r\nPrezident səfərini başa vurduqdan dərhal sonra cəbhə bölgəsində yaşayan mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 6 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb.\r\n\r\nPrezident İlham Əliyev Ağdamın Mahrızlı kəndində sakinlərlə görüşündə çıxışı zamanı son günlər Ermənistanın törətdiyi təxribatlardan, mülki əhalinin hədəfə almasından danışaraq qeyd edib ki, əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir: “Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən, silahlı təxribat törədilərsə, yenə də Azərbaycan ordusu öz sözünü deyəcək”.\r\n\r\nÖlkə başçısı bildirib ki, cəbhəboyu ərazilərdə dağıdılmış evlər erməni faşizminin təzahürüdür: “Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. Bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək”.\r\n\r\nİlham Əliyev xatırladıb ki, Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb: “Əminəm ki, işğala son qoyulacaq, Ağdam rayonu da, digər rayonlar da tamamilə azad olunacaq. Çünki bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam üstünlük əldə edib. Aprelin əvvəlində Ermənistan tərəfindən bizə qarşı törədilən silahlı təxribatın qarşısını alan Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq”.\r\n\r\nÖlkə başçısının növbəti dəfə cəbhə bölgəsinə səfəri əhalidə və ordumuzda mövcud ruh yüksəkliyini daha da artırıb. Silahlı Qüvvələrimiz vaxtaşırı olaraq cəbhədə təxribatlar törətməyə çalışan düşmənin müqavimətini qətiyyətlə alır, erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirərək onları geri çəkilməyə məcbur edir. Hərbçilərimiz qoşunların təmas xəttində vəziyyətə tam nəzarət edir. Ordumuzun müqavimətini heç cür qıra bilməyən erməni vandalları dinc əhalini hədəfə almaqla Azərbaycanı əvvəlcədən planlı şəkildə hazırlanmış təxribata çəkməyə çalışır. Lakin həmişəki kimi Silahlı Qüvvələrimiz bu təxribatlara uymayır, ancaq və ancaq düşmənin hərbi mövqelərini hədəfə alaraq həm canlı qüvvə, həm də hərbi texnika baxımından ermənilərin itkilərini artırmağa davam edir. Silahlı Qüvvələrimizin gücünə tam arxayın olan yerli əhali də dağıntılara, tələfatlara baxmayaraq öz yurd-yuvalarını tərk etmək fikrində deyil, əksinə əsgərlərimizə dəstək olmaq əzmindədirlər. Birmənalı olaraq Azərbaycan xalqı istər danışıqlar yolu, istərsə də hərbi yolla torpaqların geri qaytarılmasını istəyir. Bütün bunlar dünya ictimaiyyətinin, həmçinin bədxah qonşularımızın da gözündən yan keçmir. Əzilmiş, sınmış düşmən ordusu keçirdiyi psixoloji gərginliyi öz xalqına da ötürür. Ermənistan vətəndaşları Azərbaycanın bu qətiyyəti qarşısında öz acizliklərini yaxşı görür və ona görə də genişmiqyaslı müharibə başlamadan işğal olunan torpaqların geri qaytarılmasını tələb edirlər. Çünki ikinci Dağlıq Qarabağ müharibəsi onları böyük bəlaya sürükləyəcək. Onsuzda öz ölkəsini tərk etməkdə olan ermənilər əhali nüfuzu baxımından azalmaqda davam edir. Müharibə başladığı təqdirdə isə onların bir qismi də Azərbaycan torpaqlarından rədd olmadıqları, silaha sarılaraq işğalı davam etdirməyə çalışdıqları üçün Silahlı Qüvvələrimizin qətiyyətli hücumları nəticəsində məhv olacaqlar. Əminliklə demək olar ki, indi zaman Ermənistanın hərbi-cinayətkar xuntasının əleyhinə işləyir.\r\n\r\nMəsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyan 6 aprel tarixindən sonra Dağlıq Qarabağa hərbi geyimdə gəlmişdi. Onun sözlərinə görə, Sərkisyanın hərbi geyimdə Xankəndiyə gəlişi və işğalçıların bir qisminə medal paylaması Dağlıq Qarabağın Ermənistanın işğalı altında olmasının bariz nümunəsi idi: “Bunu beynəlxalq aləmə elə belə də izah etmək lazımdır. Azərbaycan prezidenti İlham Əliyev isə mayın 1-də Ağdam və Tərtərə səfəri zamanı və oradakı hərbi kazarmalardakı görüşündə mülki geyimdə idi. Bunun da mənası odur ki, Azərbaycanda hərbi vəziyyət yoxdur, həyat davam edir, Bakıda konsertlər də keçirilir, idman yarışlarına hazırlıq da gedir”.\r\n\r\nPolitoloq bildirib ki, iki prezidentin cəbhə bölgəsinə səfərlərinin məqsədi eyni – atəş altında olan insanlara dəstək vermək, onların əhval-ruhiyyəsini qaldırmaq idi: “Sərkisyanın Talış kəndini tərk edən ermənilərlə görüş keçirdiyi barədə məlumatım yoxdur. Bir də Sərkisyan onlara nə vəd verə bilərdi ki? Münaqişə həll olunmayana qədər Dağlıq Qarabağın erməni əhalisini rahat həyat gözləmir, onlar səksəkə içindədirlər. Təmas xəttinə yaxın məntəqələrdə yaşayan azərbaycanlılar isə işğalçıların bombardmanlarından əsla qorxmur və keçmiş illərdən fərqli olaraq dağılmış evlərini tərk etmir, əkin-biçinləri ilə məşğul olurlar. Belə də olmalıdır. Həmin evlər nə qədər dağıdılsa da, bir o qədər də bərpa olunmalıdır. Ancaq ən yaxşısı budur ki, düşmən qüvvələri o qədər geri otuzdurulsun ki, işğalçının mərmiləri mülki evlərə çatacaq məsafədə olmasın”.\r\n\r\nBu ərəfələrdə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın da Dağlıq Qarabağa getməsindən danışan E.Şahinoğlu deyib ki, Levon Ter-Petrosyan hazırkı prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır: “Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq. Hələliksə, Levon Ter-Petrosyan Xankəndiyə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır. Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir”.\r\n\r\nMərkəz sədri əlavə edib ki, Serj Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir: “Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu onun üçün böyük yükdür. Ancaq məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, Levon Ter-Petrosyan yaxın günlərdə “Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır” fikrini dilə gətirsin. Bunu Levon Ter-Petrosyana, eləcə də indiki prezident Serj Sərkisyana Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirməlidir”.\r\n\r\nBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, cəbhədə baş verən son hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına verdiyi tutarlı cavab, bu müstəvidə ölkənin daxili və xarici siyasətində nümayiş etdirilən mövqe, peşəkar yanaşmalar Azərbaycan və Ermənistan dövlət idarəçiliyi arasındakı fərqi ortaya qoyub: “Bir tərəfdə formalaşmış və bütün strukturları saat mexanizmi kimi işləyən, davamlı olaraq hədəflərinə doğru addımlayan dövlət, digər tərəfdə isə korrupsiyaya bulaşmış, xaosla idarə olunan və faktiki olaraq xaricdən göstərişlər gözləyən dövlətəbənzər bir qurum var. Onun adını uğursuz bir təşkilat, yaxud QHT də qoymaq olar”.\r\n\r\nPolitoloq “SİA”ya bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, vətəndaşlarla təmasda olması, bölgəyə bundan sonra da xüsusi diqqətin ayrılacağını vurğulaması dövlətimizin gücünü, potensialını və ölkə başçısının qətiyyətli siyasi iradəsini bir daha ortaya qoyub: “Bu siyasi iradə öz gücünü Azərbaycan xalqından, onun mövqeyindən alır. Prezidentin cəbhəyə getməsi dövlətin öz vətəndaşının yanında olduğunu bir daha təsdiqləyib. Baş verən prosesləri ermənilər də izləyirlər. Dağlıq Qarabağda yaşayan ermənilər özləri öz talelərini həll etmək iqtidarında olsaydılar, Ermənistan tərəfindən onlara qarşı təzyiq olmasaydı, hər halda Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısını əyani şəkildə görə, üzərlərində hiss edə bilərdilər”.\r\n\r\nAzərbaycan və Ermənistan arasında müqayisə aparmağın belə yersiz olduğunu deyən Elçin Mirzəbəyli bütün parametrlərdə düşmən ölkəni dəfələrlə üstələdiyimizi vurğulayıb. Onun sözlərinə görə, belə yanaşma tərzi, qətiyyətli siyasi iradə, Azərbaycan ordusunun peşəkarlığı torpaqlarımızın işğaldan azad ediləcəyi günə bizi daha da yaxınlaşdırır.\r\n\r\nCeyhun ABASOV\r\n\r\n \r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory