SÜRÜCÜLƏR VƏ MEXANİZATORLAR, DİQQƏTLİ OLUN!

KƏND  TƏSƏRRÜFATI  SAHƏLƏRİNDƏ  ÇALIŞANLARIN NƏZƏRİNƏ!

\r\n

 Yay mövsümü ilə əlaqədar respublikamızda kənd təsərrüfatı işləri geniş vüsət alıb. Xüsusilə yığılmış məhsulların tədarük və satış məntəqələrinə daşınması, habelə sahələrdə  çalışan insanların tarlalara, əkin sahələrinə gediş-gəlişi çoxalıb.

\r\n\r\n

Müşahidələr göstərir ki, bəzi hallarda bu fəsildə kənd təsərrüfatı fəaliyyəti  ilə  məşğul olan şəxslər məhsulların daşınması zamanı yol hərəkəti təhlükəsitzliyinə riayət etmir, qanunvericiliyin tələblərini pozurlar. Belə ki, müxtəlif kənd təsərrüfatı təyinatlı iriqabaritli texnikaların (kombaynların, qoşqulu traktorların, otbiçən aqreqatların və s.) o cümlədən, texniki cəhətcə nasaz olan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların lafetli traktorlarla daşınması sürücülərin görünüş dairəsini məhdudlaşdırır. Nəticədə insanların və hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla ağır yol-nəqliyyat hadisələrinin baş  verməsinə səbəb olur. Belə təhlükəli hallar ən çox sutkanın qaranlıq vaxtlarında və məhdudiyyətli görünmə şəraitində baş verir və ağır fəsadlara gətirib çıxarır.

\r\n

Məhz yuxarıda göstərilənləri nəzərə alaraq Respublika Daxili İşlər Nazirliyi “Kənd təsərrüfatı və  ərzaq məhsullarının daşınması zamanı yol hərəkət təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair” DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə  yol hərəkəti qaydalarının nizama salınması məqsədi ilə profilaktiki tədbirlərin gücləndirilməsi məqsədilə müvafiq göstəriş vermişdir.

\r\n

Biz Yevlax Rayon Polis  Şöbəsinin Dövlət Yol  Polisi bölməsinin əməkdaşları da nazirliyin mühüm əhəmiyyət kəsb edən göstərişini layiqincə yerinə yetirmək üçün işimizi günün tələbləri səviyyəsində qururuq.

\r\n

Belə ki, rayonun ərazisində məhsulların daşınmasında istifadə olunan kənd təsərrüfatı təyinatlı texnikaların texniki cəhətcə saz olmasının, xarici işıq cihazlarının normal işləməsinin zəruririlyini, bütövlükdə daşımalar zamanı təhlükəsizlik qaydalarına riayət olunması məqsədi ilə həmin  texniki vasitələrə cavabdeh olan fiziki və hüquqi şəxslərlə, sahibkarlıq fəaliyyəti  göstərən bank kredit təşkilatlarının nümayəndələri ilə tez- tez görüşür, profilaktiki tədbirlərə ciddi önəm verir, qanunvericiliyin tələblərini onların nəzərinə  çatdırırıq.

\r\n

Tez xarab olan kənd təsərrüfatı və ərzaq məhsullarını daşıyan nəqliyyat vasitələrinin obyektiv səbəblər üzündən yollarda hərəkətsiz vəziyyətdə qaldıqları hallarda isə həmin məhsulların istehlakçılara çatdırılmasına aidiyyatı qurumlarla birgə operativ  köməklik  göstəririk.

\r\n

Məqsədimiz nəinki mövsümi işlər zamanı, eləcə də ilboyu yol-qəza hadislərinin baş verməməsi  üçün bütün qüvvələrimizi   maksimum səfərbər etməklə qabaqlayıcı tədbirlər görmək, son nəticədə  bədbəxt hadisələrin qarşısını  almaqdır.

\r\n

Cavanşir VƏLİYEV,

\r\n

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 63
  • 35
  • 960
  • 2,789
ILK-10 Azeri Website Directory