“Münaqişənin Rusiyanın əli ilə tənzimlənməsi Qərbin marağındadır”

“MOSKVANIN YEGANƏ YOLU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ƏDALƏTLİ HƏLLİNƏ DƏSTƏK VERMƏKDİR”

\r\n"Münaqişənin Rusiyanın əli ilə tənzimlənməsi Qərbin marağındadır"<b style="color:red"></b>\r\n\r\nMəlum olduğu kimi, iyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edib. \r\nRusiyanın xarici siyasət idarəsinin rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir araya gəldikdən sonra Prezident İlham Əliyevlə görüşüb. Aparılan danışıqlarda Dağlıq Qarabağ məsələsi ciddi müzakirə olunub. S.Lavrovun Ermənistana səfər etdikdən sonra təyyarəsini Bakıda deyil, Moskvada endirməsi və prezident İlham Əliyevin də qatıldığı NATO-nun Varşava Sammitindən dərhal sonra Bakı səfərini reallaşdırması diqqət çəkən məqam idi.\r\n\r\n\r\n\r\nLavrov İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində prosesin getdiyini deyib: “Əsas məqsəd odur ki, Qarabağ məsələsində kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın”.\r\n\r\nLavrov heç nəyi gizlətmədiklərini bildirib, danışıqların detallarını bölüşməməsini isə etik qaydalarla əlaqələndirib. Rusiya rəsmisi iyulun 4-də İrəvan səfəri zamanı münaqişənin həlli ətrafında aparılan danışıqlarda hansı mövzuların müzakirə olunduğunu deməsə də, Rusiyanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha təkrar edib.\r\n\r\nMəsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, cəbhə bölgəsində aprel döyüşlərindən sonra Lavrov hər ay ən azı bir dəfə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb: “Sergey Lavrov İlham Əliyevlə yanaşı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. Tərəflər arasında aparılan müzakirələr və mətbuata verilən açıqlamalarda bir sıra fikirlər diqqəti çəkir: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınıq. Son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamika var. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə ehtiyatla yanaşılmalıdır. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail olmaq mümkündür. Minsk Qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər”.\r\n\r\nPolitoloq qeyd edib ki, Bakıda səsləndirilən açıqlamalar sanki optimizm üçün əsas verir: “Hətta Sergey Lavrovla görüşdə Elmar Məmmədyarov belə bir fikir də işlədib: “Danışıqlar masasını mərhələli şəkildə, addım-addım mövcud problemlərdən təmizləməliyik”. Əslində bu ifadə ilə rəsmi Bakı danışıqların “mərhələli həll” planından kənara çıxmadığına işarə edir. Ancaq Lavrov Bakıda bir dəfə də “mərhələ” ifadəsi işlətməyib. Bu ondan xəbər verir ki, Kreml münaqişənin həllinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. O ki qaldı, Bakıda səsləndirilən “kiçik ümid yaradan amillər” ifadəsinə, söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etmək olar. Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Bunun məğzi odur ki, Dağlıq Qarabağın müvəqqəti statusu olur, bu arada isə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, azərbaycanlılar geri qayıdırlar və ermənilər əvvəlki həyat tərzlərinə davam edirlər”.\r\n\r\nMərkəz sədrinin sözlərinə görə, problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də, bunun nə qədər çəkəcəyini bilmək və yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir: “Bu isə bütün razılaşmanı pozur. Və heç bir işartı yoxdur ki, Kreml İrəvanı bu tələbdən vaz keçməyə məcbur etmək istəyir. Ona görə də tərəflərin danışıqların dinamizmi ilə bağlı optimizmi özünü doğrultmaya bilər. Keçmiş illərdə də belə hallar olub. Hətta danışıqlarda elə bir il olub ki, ATƏT-in Minsk Qrupu həmsədrləri “münaqişə bu ilin sonuna qədər həll olunacaq” kimi açıqlamalar veriblər”.\r\n\r\nE.Şahinoğlu qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri 2008-ci ildə Moskvada Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə 5 maddəlik ortaq bəyanat imzalayıblar: “O zaman da bu optimist açıqlamalar səslənmişdi. Ancaq bütün bunlar münaqişənin həllini və sülh anlaşmasının imzalanmasını sürətləndirmədi. Ona görə də əgər bu dəfə də danışıqlar konkret nəticəyə gətirib çıxarmasa, bir neçə aydan sonra cəbhə bölgəsindəki vəziyyət yenidən gərginləşəcək”.\r\n\r\nPolitoloq əlavə edib ki, Ermənistan rəsmiləri və siyasi ekspertləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıdakı görüşlərini və qarşılıqlı verilən açıqlamalarına isti-isti münasibət bildirməkdə çətinlik çəkirlər: “Yəqin onlar özləri üçün aydınlaşdırmaq istəyirlər ki, görəsən Azərbaycan rəsmilərinin Lavrovla danışıqlarda səsləndirdikləri “biz sülhə əvvəlkindən daha yaxınıq”, “danışıqlarda müsbət dinamizm var” kimi ifadələrlə nəyi nəzərdə tutublar? Hələliksə, Ermənistan rəsmiləri qəribə açıqlamalar verirlər. Məsələn ,Ermənistan prezidenti Serj Sərkisyan ərəb kanallarından birinə verdiyi müsahibədə deyib ki, “əgər hətta bütün dünya Dağlıq Qarabağ əhalisinə desə ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşasınlar, xalq bunu yenə qəbul etməyəcək”. Və ya xarici işlər nazirinin müavini Şavarş Köçəryan “münaqişənin paket həlli Dağlıq Qarabağın tanınmasından başlamalıdır” açıqlamasını verib. Köçəryan “paket həll”i yuxusundamı gördü, yoxsa bu yolla xarici diplomatlara mesaj göndərir ki, bizi “mərhələli həll” planını qəbula məcbur etməyin. Məncə, danışıqlar nə “paket həll” nə də “mərhələli həll” planı üzrə gedir, hər iki planın kombinasiyası ətrafında uzun-uzadı fikir mübadiləsi gedir. Bu gedişat isə növbəti toqquşmaya aparır”.\r\n\r\nBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Qərb liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiyanın rolunu qabartmaları və bunu təkrar-təkrar, hətta mübaliğəli şəkildə dilə gətirmələri məqsədyönlü xarakter daşıyır: “Məsələnin bilavasitə Rusiyanın əli ilə tənzimlənməsi bütün hallarda Qərbin marağındadır. Əgər Rusiya münaqişənin ədalətli həlli üçün müvafiq addımlar atarsa, işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etmələri üçün Ermənistana təzyiq göstərərsə, bu zaman Ermənistan Rusiya ilə düşmən olacaq. Yox əgər Rusiya mövcud status-kvonun qorunması, yaxud problemin işğalçı Ermənistanın maraqlarına uyğun həlli üçün Azərbaycana açıq təzyiqlər göstərməyə davam edəcəksə, bu halda Moskvanın Bakı ilə münasibətlərinə birdəfəlik son qoyulacaq.\r\n\r\nQənaətimə görə, Rusiyanın strateji maraqları üçün ən uğurlu seçim münaqişənin ədalətli həllinə nail olmaqdan ibarətdir. Çünki hər tərəfdən türk dövlət və toplumları ilə üzük qaşı kimi əhatə olunmuş Ermənistanın coğrafi baxımdan onsuz da heç bir seçimi yoxdur”.\r\n\r\nPolitoloq bildirib ki, Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə nail olması Moskvanın türk dünyasının etimadını qazanması deməkdir: “Bu isə Avrasiyaçılıq ideyasının gerçəkləşməsinə apara biləcək, Rusiyanı gələcək parçalanmalardan qoruyacaq yeganə yoldur”.\r\n\r\nCeyhun ABASOV\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory