İCBARİ TİBBİ SIĞORTA

3 HƏFTƏLİK SƏYYAR KURSLAR ARTIQ FƏALİYYƏTƏ BAŞLAYIB

\r\n

 Mərkəzi Şəhər Xəstəxanasındayıq. Geniş akt salonunda sağlamlığımızın keşiyində duran yerli həkimlər toplaşaraq diqqətlə mühazirəyə qulaq asırlar. Onların ilk mərhələdə 3 həftə vaxtları var. Bu müddət ərzində tibbin müxtəlif sahələri üzrə mütəxəssislərin oxuduqları mühazirələrə qulaq asacaq, öz sual, düşüncə və rəylərini səsləndirəcək və ən başlıcası üzərlərində səylə çalışacaqlar.

\r\n\r\n

İcbari tibbi sığortayla bağlı sözügedən kurslar barədə ilk bilgini MŞX-nın baş həkimi İlhami Quliyevdən alıram: – Respublikamızda bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə olunan icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir. Artıq tələb olunan bütün qanunvericilik aktları qəbul edilmiş və bu işlərin tətbiqini ayrı-ayrı pilot rayonların tibb müəssisələrindən başlamağa qərar verilmişdir. Sevindiricidir ki, Yevlax 2 pilot rayondan biri olaraq seçilmişdir. Bir həftədən çoxdur ki, burada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səyyar kurslar öz işinə start vermişdir. Noyabr və dekabr aylarında davam etməsi nəzərdə tutulmuşdur.

\r\n

Artıq Yevlax həkimləri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professional səviyyəli və  elmi dərəcəli tibb mütəxəssisləri – Eldar Əliyev, Yavər Şıxəliyev, İlahə Rəsul, Aydın Zeynalov və digərlərinin tibbin terapiya, ağciyər və qaraciyər xəstəlikləri, urologiya, nefrologiya, ginekologiya və s. sahələri əhatə edən mühazirələrini dinləyir, öz rəy və fikirlərini, praktiki müşahidələrini ümumiləşdirməyə çalışırlar.

\r\n

Müsahibim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə təbabəti” kafedrasının müdiri, tibb elmləri doktoru Səadət Mahmudovadır.

\r\n

Onun söylədiklərindən: – Bəlli olduğu kimi, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri yerli həkimlərə çatdırmaq üçün Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə təbabəti” kafedrasnın mütəxəssisləri pilot rayon kimi seçilmiş Yevlaxda 17 oktyabr tarixindən etibarən 3 həftəlik səyyar kurslar keçirməyə başlamışlar. Belə ki, proqrama uyğun olaraq institutumuzun əməkdaşları Yevlaxın tibb müəssisəsində mühazirələr oxuyur və praktik məşğələlər aparırlar. Kursların axırında imtahandan uğurla keçmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək. Bu kurslar birbaşa icbari tibbi sığorta ilə əlaqəlidir. Və onu da qeydə dəyər ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanalar qəbul etdikləri xəstə, müalicə və əməliyyat sayına əsasən maliyyələşəcək. Beləcə, tibb müəssisələrinin xəstələri nə qədər çox olsa, bu halda maliyyələşmə də yüksək olacaq. Səyyar kurslar 2016-cı ilin dekabr ayının sonuna qədər davam edəcək.

\r\n

Və icbari tibbi sığortanın uğurla həyata keçməsindən sonrakı mərhələdə səhiyyə işçilərinin maaşı da artacaq. Amma bunun üçün həkimlər müntəzəm və effektli olaraq öz üzərlərində çalışmalı, daim tibbdə olan yeniliklərlə maraqlanmalı, bunları öz praktikalarına şamil etməyi bacarmalıdırlar.

\r\n

Onu da vurğulamaq istərdim ki, 3 həftə davam edəcək səyyar kurslara kənd sahə tibb məntəqələrinin həkimləri də cəlb olunub.

\r\n

Respublikanın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev mətbuata açıqlamasında bildirib: -“Dünya ölkələrinin təcrübəsindən məlumdur ki,  icbari tibbi sığortanın tətbiqinin əsas məqsədlərindən biri şəffaflıq və rəqabətdir. Xüsusilə, dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır. Çünki hazırda özəl xəstəxanalar arasında rəqabət mühiti müşahidə edilir, dövlət xəstəxanaları arasında isə rəqabət yoxdur. Ona görə biz Agentlik olaraq layihəyə hazırlıq mərhələsində dövlət xəstəxanalarında idarəçiliyin dəyişdirilməsinə, eyni zamanda xəstəxanaların rəqabət mühitində fəaliyyətinin uğurla təmin olunmasına çalışacağıq”.

\r\n

Bütün bu söylənənlər icbari tibbi sığortanın tətbiqində pilot rayon kimi seçilmiş Yevlax səhiyyəsinin və həkimlərinin qarşısında mühüm və vacib məsələlər qoyur. Həkimlərimiz təşkil olunan mühazirələrə daimi qatılaraq, “Ailə təbabəti”nin sirlərinə icbari tibbi sığortanın kontekstində yiyələnməli, gələcəkdə bu mühüm layihənin uğurla reallaşdırılmasına öz töhfələrini vermək naminə imkan və səylərindən maksimum yararlanmalıdırlar.

\r\n

Züleyxa MƏMMƏDQIZI.

\r\nYevlax.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory