Tarixdə bu gün

Tarixdə bu gün <b style="color:red"></b>Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.\r\n\r\nHəmin gün Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib.\r\nHazırda Bakı Metropolitenində 25 stansiya var, onun xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir.\r\n2000-ci il. Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanın Avropa Şurasına dəvət edilməsi haqqında qətnamə qəbul edilib.\r\nSənədə görə, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana 6 yer ayrılıb. 2001-ci il yanvarın 25-də Azərbaycan rəsmi surətdə AŞPA-ya daxil olub.\r\n1895-ci il. Alman fiziki Vilhelm Rentgen (1845-1923) elektriklə eksperimentlər zamanı X-şüalar adlandırdığı şüanı kəşf edib.\r\nSonralar bu şüa alimin şərəfinə rentgen adlandırılıb. V.Rentgen Nobel mükafatına layiq görülmüş (1901) ilk fizikdir.\r\n1922-ci il. Cənubi afrikalı cərrah və ictimai xadim Kristian Barnard (1922-2001) anadan olub.\r\nO, 1967-ci il dekabrın 3-də dünyada il dəfə insandan insana ürək köçürüb.\r\nƏməliyyatın qüsursuz yerinə yetirilməsinə baxmayaraq, pasiyent cəmi 18 gün yaşayıb.\r\n1935-ci il. Tanınmış fransız aktyoru və rejissoru Alen Delonun doğum günüdür.\r\nO, Fəxri legion ordeninin zabitidir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory