Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>2013-cü il. Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.\r\nMərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.\r\n“Şahdəniz-2” layihəsi Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına imkan yaradır.\r\nLayihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.\r\n3500 kilometr məsafədə nəql olunacaq Şahdəniz qazı Gürcüstan və Türkiyə ilə yanaşı, Yunanıstan, Bolqarıstan, İtaliya və digər Avropa ölkələrinə çatdırılacaq.\r\n1905-ci il. Xalq Şair Osman Sarıvəllinin doğum günü (1905-1990).\r\nAzərbaycan poeziyasının inkişafında misilsiz xidmətləri olan O.Sarıvəlli folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük şair Səməd Vurğunun külliyyatının hazırlanıb çap edilməsində özünəməxsus xidmətlər göstərib.\r\nOnun qoşmaları bu gün də aşıqları tərəfindən ifa olunur və maraqla qarşılanır.\r\n1993-cü il. Xalq Yazıçısı, akademik, ictimai xadim Mirzə İbrahimov vəfat edib (1911-1993).\r\n“Gələcək gün”, “Böyük dayaq” romanlarının, “Həyat”, “Kəndçi qızı” və digər pyeslərin müəllifi olan yazıçı Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Ali Sovetin Rəyasət Heyətinin sədri olub. SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinə, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.\r\n1903-cü il. Tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model havada 56 saniyə qala bilib və 260 metr uçub.\r\n1770-ci il. Böyük alman bəstəkar Lüdviq van Bethovenin doğum günü (1770-1827).\r\nAdı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu olub. Almaniyanın Bonn şəhərində doğulan Lüdviq sonralar Vyanaya köçüb.\r\nİyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu, onun möhtəşəm klassik əsərlər yaratmasına mane olmayıb yayındıra bilməyib. Bethovenin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory