UNEC-də “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda vətənpərvərlik tədbiri keçirilib

Dünən  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib. “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda keçirilən vətənpərvərlik tədbirində cəbhə bölgələrindən gələn əsgər və zabitlər, müharibə qaziləri və şəhid ailələrinin üzvləri də iştirak ediblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.

UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq bildirib ki, artıq dövlət müstəqilliyimizin 25 illik yubileyini təntənə ilə qeyd etdiyimiz 2016-cı il tarixə qovuşmaqdadır. Xalqımız ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 2016-cı ili ictimai-siyasi, sosial-iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılan möhtəşəm nailiyyətlərlə yola salır, yeni 2017-ci ili böyük coşqu ilə qarşılayır. Rektor Ə.Muradov qeyd edib ki, 2016-cı il tariximizə, həm də Azərbaycan Ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub.

Rektor Ədalət Muradov sonra UNEC-in Müdafiə Nazirliyi ilə əlaqələrindən, professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətənin müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.

UNEC-in kafedra  müdiri, professor, millət vəkili Xanhüseyn Kazımlı, prorektor, müharibə veteranı Mikayıl Zeynalov, Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov və başqaları çıxış edərək yeni ildə də tez-tez cəbhə bölgələrindəki döyüşçülərimizə baş çəkəcəklərini vəd ediblər.

Tədbirdə Silahlı Qüvvələrin  mahnı və  rəqs ansamblının solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin ifa etdikləri mahnı və şeirlər maraqla qarşılanıb.

UNEC kollektivi adından Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan əsgərinə təbrik-müraciət ünvanlanıb. Aprel döyüşlərinin iştirakçılarına xüsusi olaraq təsis edilmiş xatirə nişanları və qiymətli hədiyyələr təqdim edilib.

“Əmrinə hazırıq, cənab Ali Baş Komandan!” adlı ədəbi-bədii kompozisiya ilə vətənpərvərlik tədbiri başa çatıb.

Elnarə Ömərova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 40
  • 11
  • 1,178
  • 4,938
ILK-10 Azeri Website Directory