Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>

1839-cu il. Məşhur fransız rəssam, fotoqrafiyanın yaradıcılarından biri Lui Daqer Ayın ilk fotosunu çəkib.
1870-ci il. Dünyanın ən məşhur və ən qədim asma körpülərindən biri olan Bruklin körpüsünün inşasına başlanılıb.
Nyu-York Sitidə İst River çayının üzərindən keçən bu körpü şəhərin Manhetten və Bruklin ərazilərini birləşdirir.
Uzunluğu 1825, eni 26 metr olan körpü 1883-cü ildə istismara verilib. Bruklin körpüsü tikildikdən sonra tezliklə Nyu-Yorkun əzəmət rəmzinə çevrilib.

1959-cu il. Keçmiş SSRİ-nin “Luna-1” ilk avtomatik planetlərarası stansiyası fəzaya buraxılıb.
“Luna-1” “Luna” proqramı çərçivəsində Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmidir.
“Luna-1” kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr aparıb.
Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olunub.
Eyni zamanda, “Luna-1” Ayın zəif maqnit sahəsini kəşf edib. Həmçinin “Luna-1” ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyinin və plazmasının birbaşa müşahidəsini həyata keçirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory