İlham Əliyevdən Putinə təbrik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.\r\n\r\nTəbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyası Prezidenti vəzifəsinə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.\r\n\r\nƏminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcəkdir.\r\n\r\nİnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcəkdir.\r\n\r\nƏziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 91
  • 48
  • 1,329
  • 5,009
ILK-10 Azeri Website Directory