17 İYUN – TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜNDƏ

BU MÜNASİBƏTLƏ YEVLAXIN TİBB İŞÇİLƏRİ BİR ARAYA GƏLİBLƏR

1 Həmin gün İcbari Tibbi Sığortanın tətbiq olunduğu pilot tibb müəssisəsində – Rayon Mərkəzi Xəstəxanasında 17 iyun Tibb İşçilərinin peşə bayramı qeyd olunub.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığrorta şöbəsinin müdiri Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən genişmiqyaslı işlər barədə məlumat verib.

Bildirib ki, qısa müddət ərzində pilot tibb müəssisəsində çalışan həkimlərin, orta və kiçik tibbi heyətin əmək haqları dəfələrlə artıb. Şöbə müdiri daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin adından pilot ərazilərdə icbari tibbi sığortanın təşkilində qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və yüksək səriştə nümayiş etdirdiyinə görə Mərkəzi Xəstəxananın publik hüquqi şəxsin direktoru Azər İsmayılovu Təşəkkürnamə ilə təltif edib.

23Rayon Mərkəzi Xəstəxanasının direktoru A.İsmayılov səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, aparılan islahatların nəticəsi olaraq ictimai tibbi sığortanın uğurla tətbiq edildiyini vurğulayıb. Direktor tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək burada çalışan 8 nəfər tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.

ŞİH-nin rəsmisi Vaqif Əliyev peşə bayramları münasibətilə  tibb işçilərini təbrik edərək, Rayon Mərkəzi Xəstəxanasının direktoru A.İsmayılov və 3 nəfər həkimə Fəxri Diplom təqdim edib.

45Səhiyyə işçiləri Həmkarlar ittifaqının sədri Nurlana Məmmədova peşə bayramında  keyfiyyətli tibb xidməti ilə seçilən 10 nəfər səhiyyə işçisini Təşəkkürnamə və pul mükafatı ilə sevindirib.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev tibb işçiləri önündə tribuna alaraq ictimai tibbi sığorta sistemi ilə çalışan səhiyyə işçilərinin YAP Yevlax rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakından söz açaraq, əlamətdar bayram günündə Rayon Mərkəzi Xəstəxanasının direktoru A.İsmayılovu və həkim Natiq Yusifbəylini Fəxri Fərmanla təltif edib.

“Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı öz çıxışında icbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətin effektliyinin, keyfiyyətinin artdığını, çağdaş günlərimizdə rayonda göstərilən tibbi xidmətlərin əhali üçün əlçatan və şəffaf olduğunu nəzərə çarpdırıb.

Tibb işçilərinə öz gərəkli işlərində uğurlar arzulayan baş redaktor İcbari Tibbi Sığortanın tətbiqində ağxalatlılara qarşıya qoyulan hədəflərə çatmaq üçün yaradıcı və keyfiyyətli tibbi xidmət arzulayıb.

Züleyxa MƏMMƏDQIZI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory