Bu gündən Bakının bəzi yerlərində avtomobillərin parklanması qadağan ediləcək

Dövlət Yol Polisi İdarəsi: “Qadağan olunmuş yerlərdə parklandırılan avtomobillər cərimə meydançasına aparılacaq”\r\n\r\n“Eurovision-2012”mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gündən Bakıya gələn qonaqların qarşılanması və onların müxtəlif istiqamətlərdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hökumət Evinin arxasında, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Neftçilər, Rəsul Rza, Niyazi, Rəşid Behbudov, Füzuli, Bülbül və digər küçə və prospektlərdə yerləşən hökumət və qeyri-hökumət təşkilatlarında çalışanların şəxsi nəqliyyat vasitələrinin həmin ərazilərdə parklanmasına icazə verilməyəcək. Həmin istiqamətlərdə küçələrdə parklandırılan bütün avtomobillər yığışdırılaraq cərimə meydançasına aparılacaq.\r\n\r\nVaqif Əsədov qeyd edib ki, mayın 31-dək Bakının bütün küçə və yollarında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq.\r\n\r\nÖtən gün Baş Dövlət Yol Polisi İdarəsi Bakıdakı idarə və təşkilatların rəhbərlərinə “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı müraciət edib. Müraciətdə deyilir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin layiqincə keçirilməsinin təşkili ilə əlaqədar bu il mayın 28-dək paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Bakının mərkəzi hissəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərlərindən, eləcə də əməkdaşlarından onlara məxsus avtomobillərdən qeyd olunan ərazilərdə mümkün qədər az istifadə olunmasını xahiş edir.\r\n\r\n“Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin ölkəmizə gətirəcəyi dividendləri qiymətləndirərək, hər bir şəxs müraciətimizə düşünülmüş yanaşmaqla üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirəcək”, – Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.\r\n

 Mahir Məmmədli

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 251
  • 98
  • 1,388
  • 4,279
ILK-10 Azeri Website Directory