Çində güclü zəlzələ: tursitlər həlak oldu

Çində güclü zəlzələ: tursitlər həlak oldu<b style="color:red"></b>

Çinin qərbində Sıçuan vilayətində 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ zamanı 5 nəfərin öldüyü, daha 60 nəfərin isə yaralandığı bildirilir.

BBC Rusiyanın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ zamanı ölənlərin sayı 100 nəfərə dağıntıya məruz qalan evlərin sayı isə 130-a çata bilərdi.
ABŞ Geoloji Araşdırmalarının məlumatına əsasən yeraltı təkanlar bu gün yerli vaxtla saat 21:19-da Sıçuan vilayətində qeydə alınıb.

“Assoşeyted Press” agentliyi yerli hökümətə istinadən bildirir ki, öldüyü bildirilən 5 nəfərin turist olduğu təsdiqlənib.
Qeyd edək ki, Sıçuan vilayətinin 80 milyona yaxın sakini var.
Xatırladaq ki, Siçuan vilayətində baş vermiş zəlzələ ilk hal deyil. Oxşar hadisə 2008-ci ildə Çinin Siçuan vilayətində baş verib. O zamankı zəlzələ 70 mindən çox insanın həyatını itirməsi və milyonların evsiz qalması ilə nəticələnmişdi.

Zeynəb ƏKBƏR

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory