İDMAN: KONTAKT-KARATE YARIŞI

YEVLAX PƏHLƏVANLARI BİRİNCİ OLDULAR

1 Ötən şənbə günü-avqustun 19-da büllur sulu Kür çayı sahilindəki Bulvar istirahət kompleksi yenə də böyük və maraqlı idman qarşılaşmasına ev sahibliyi edirdi. Həmin gün səhər ertədən burada Aəzrbaycan Respublikası Kontakt-karate Federasiyasının və Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” devizi altında idman mübarizəsinə start verilmişdir. Ölkənin 15 şəhər və rayonunu, o cümlədən  Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər bölgələrini təmsil edən 200- dən çox pəhləvan idmanın kontakt-karate döyüş növü üzrə döşək üzərində öz  qüvvələrini sınağa çəkirdilər.

Bütün çəki və yaş dərəcələrini əhatə edən idman  yarışının keçirilməsində başlıca məqsəd isə müstəqil dövlətimizdə fiziki və mənəvi cəhətcə sağlam ruhlu, hərətərfli inkişaf etmiş əsl vətəndaşların yetişməsinə xidmət etməkdir. Çünki belə idman bayramları insanları, xüsusilə yeniyetmə və gəncləri zərərli vərdişlərdən, faciəli aqibəti ilk andan məlum olan narkomaniyaya meyl göstərməkdən uzaqlaşdırır.

Nəhayət, yüzlərlə idmansevərlərin və şəhərimizin qonaqlarının seyrçiliyi ilə yarışların təntənəli açılışı oldu. Bir-birinin ardınca döşək üzərində mübarizəyə  çıxan pəhləvanlarımız mədəniyyət işçilərinin ifasında səslənən cəngi və  ürəkləri riqqətə gətirən musiqi sədalarının müşaiyəti ilə əlbəyaxa olurdular.

Yarışı həmyerlimiz Xaləddin Şirinov idarə edirdi. Günün sonunacan davam edən, insanların istirahətinə xoş ovqat qatan, hər kəsə həyəcan yaşadan idman mübarizəsində ümumi komanda zaçotu üzrə Yevlax komandası birinci, Ucar pəhləvanları ikinci, paytaxt Bakının komandası isə üçüncü  fəxri yerin sahibi olmuşlar.

Rayonumuzun idmançılarından Aysu Hüseynzadə, Orxan Hüseynov, Manaf, (hər üçü Səmədabad kəndindəndir), Fərhad Seyidcanov, Xudu Məmmədov, İftixar Süleymanov, Rahim Sərkarov, Cavid İbrahimov, Rəqsanə Əsədova Bahar, Fatimə Şirinzadə, Nicat Süleymanov öz çəki dərəcələrində turnirin  qalibi olmuşlar. Samin Hüseynov və Ayxan Şirinzadə isə ikinci fəxri yeri tutmuşlar.

Gənclərin bu maraqlı idman qarşılaşmasına ciddi hazırlaşmalarında Səmədabad kənd məktəbinin bədən tərbiyəsi müəllimi İntiqam Hüseynovun da xüsusi əməyi olmuşdur.

İdmançılarımıza gələcək yarışlarda da uğurlar arzulayırıq.

Natiq CƏFƏROV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory