Belaruslu qonaqlar İsmayıllıya səfərdən məmnun qalıblar

İsmayıllı rayonu ilə Belarus Respublikası Minsk vilayətinin Nesvij rayonu bir neçə ildir ki, qardaşlaşmış şəhərlər müqaviləsi əsasında bir-birinə qarşılıqlı səfərlər edir, kənd təsərrüfatı və mədəniyyət sahəsində təcrübə mübadilələri aparırlar.

Nesvij Rayon Xalq Deputatları Sovetinin sədri Lazyuk Valeriy Mixayloviçin rəhbərliyi ilə İsmayıllıya səfərə gəlmiş nümayəndə heyətini dünən Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Qəbulda Milli Məclisin deputatı Novruzəli Aslanov da olub.

Mirdaməd Sadıqov qonaqları İsmayıllıda görməkdən məmnunluq duyduğunu bildirib. İsmayıllının sosial-iqtisadi göstəriciləri, tarixi, coğrafiyası, əhali tərkibi, xalq yaradıcılığı, xüsusilə inkişafda olan kənd təsərrüfatı ilə bağlı ətraflı məlumat verib. Taxılçılıqda və digər istehsal sahələrində Belarus təcrübəsindən faydalanmağın əhəmiyyətini qeyd edib.

Görüşdə vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Belarus dövləti öz obyektiv, ədalətli mövqeyini hər zaman nümayiş etdirib. Dövlətlərimizin, xalqlarımızın yaxınlığı və dostluğu əməkdaşlığı daha da genişləndirir.

Milli Məclisin deputatı Novruzəli Aslanov isə Azərbaycanın sürətli inkişafına töhfə verən İsmayıllının nailiyyətlərindən ətraflı danışıb.

Belarus nümayəndə heyətinin rəhbəri, Nesvij Rayon Xalq Deputatları Sovetinin sədri Valeriy Lazyuk səmimi qəbul və işgüzar görüşləri üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkür edib. Bakı və İsmayıllı ilə tanışlıqdan onlarda yaranan təəssüratın sözlə ifadəsinə çətinlik çəkdiyini deyib.

“Novaya Jizn” aqrokombinatının direktoru Andrey Rotanski İvanovkada kənd təsərrüfatı məhsullarının istehsalının uğurlu təşkilindən danışıb və qeyd edib ki, burada təsərrüfatı qarşılıqlı təcrübə mübadiləsi əsasında daha da inkişaf etdirmək mümkündür.

Sonra Heydər Əliyev Mərkəzinin akt zalında Basqal Kəlağayısı – “Kəlağayı” kitabı və filminin təqdimatı olub. Təqdimatı Bakı Dövlət Universitetinin professoru, kəlağayı tədqiqatçısı Rəna İbrahimbəyova keçirib.

Təqdimatda iştirak edən gənclərə xalq yaradıcılığını, sənətkarlığını öyrənməyi və yaşatmağı tövsiyə ediblər. Vasiliy Lazyuk xalq sənətini elmi əsaslarla yaşatdığına görə Rəna  İbrahimbəyovanın və İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edib ki, belə təcrübəli mütəxəssislər, sənətkarlar heç də arzulanan qədər çox deyil və gənclər onların yolunu daha geniş miqyasda davam etdirməlidirlər. Qəbul və təqdimata qədər Belarusdan gələn qonaqlar multikultural və tolerant rayon olan İsmayıllının Lahıc qəsəbəsində, İvanovka kəndində, Qalacıq zonasında, “Xoşbəxt-X” xalça sexində, müxtəlif  emal müəssisələrində olublar. Qonaqlar gördüklərindən məmnun qalıblar.

Növbəti səfər Qəbələ və Şəki şəhərlərinə olacaq.

Əli SƏLİMOV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory