Sumqayıt «Gənclər Evi»nə könüllülər qəbul edildi

Dünən Sumqayıt «Gənclər Evi»ndə VI könüllü müsabiqəsinə yekun vurulub.

Sumqayıt Şəhər Gənclər və İdman baş idarəsinin dəstəyi ilə keçirilən müsabiqənin məqsədi  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası, gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, könüllülük hərəkatına dəstək olmaqdır.

Təşkilatı iş və müəllim köməkçisi olmaqla 2 istiqamət üzrə keçirilən müsabiqəyə 30 nəfərdən çox gənc müraciət edib. Gənclər evində təşkil olunan müsahibə mərhələsindən uğurla keçənlər müvafiq istiqamətlər üzrə könüllülük fəaliyyətinə qəbul edilib. Könüllülər əlavə olaraq gənclər evində keçirilən seminar, təlim, kompyuter kursları, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, flaşmoblara cəlb ediləcəklər. Könüllülük fəaliyyətinin sonunda isə iştirakçılara fəaliyyətlər üzrə “Könüllülük sertifikatı” təqdim ediləcək.

Qeyd edək ki artıq VI buraxılış təşkil olunan könüllülük fəaliyyətində indiyə qədər 105 gənc iştirak edib.

Akif ƏLİYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory