Nazirlər Kabinetinin Qərarları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 № 550                     Bakı şəhəri, 14 dekabr 2017-ci il

“İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və  ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası         Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla  bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli  Fərmanının 2-ci hissəsinin üçüncü abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

  1. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və  yeraltı əmək şəraitli istehsalatların Siyahısı” təsdiq edilsin                                (1 nömrəli əlavə).
  2. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları” təsdiq edilsin            (2 nömrəli əlavə).
  3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 14 dekabr

tarixli 550 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların

SİYAHISI

  1. Aşağıdakı siyahıda göstərilən istehsalat sahələrində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında müalicə-profilaktik yeməklər verilir:

 

Sıra

№-si

İstehsalat sahələrinin adı Müalicəvi-profilaktik

rasionlar

1 2 3
I. Kimya sənayesi 
1. a) qeyri-üzvi məhsullar
1.1. tünd azot turşusunun istehsalı: a) birbaşa sintez üsulu ilə, b) konsentrasiya üsulu ilə 2
1.2. sulfat turşusu istehsalı 2
1.3. Denitrləşdırılmış turşudan qatılaşdırılmış azot turşusunun alınması 2
1.4. işlənilmiş turşunun denitrasiya və depikrasiya olunması 2
1.5. termik üsulla və ya ekstraksiya üsulu ilə fosfor turşusunun istehsalı 4
1.6. xlorlu-sulfuril istehsalı 2
1.7. xlorlu tionilin istehslalı 2
1.8. xlor və kaustik soda (maye, quru) istehsalında diafraqment üsulu ilə elektroliz ayırmaları 2
1.9. xlor və kaustik soda (maye, quru) istehsalında civə üsulu ilə elektroliz ayırmaları 5
1.10. maye xlor istehsalı, bəyazın istehsalı və qablaşdırılması 2
1.11. xlorlu əhəng istehsalı 2
1.12. fosgen istehsalı 2
1.13. xlorlu alüminium istehsalı 2
1.14. dəmirli xlorid istehsalı 2
1.15. bertolet duzunun istehsalı 2
1.16. karbon-sulfid istehsalı: kükürdəritmə, retort, karbon sulfidinin distillə edilməsi sahələri 5
1 2 3
1.17. sarı və qırmızı fosforun istehsalı 4
1.18. beşkükürdlü fosfor istehsalı 4
1.19. üçxlorlu fosforun və xloroksidli fosforun istehsalı 4
1.20. superfosfat istehsalı 2
1.21. silisiumflüorlu natrium istehsalı 2
1.22. flüorlu natrium istehsalı 2
1.23. flüorlu hidrogen istehsalı 2
1.24. tetraflüorborat kalium istehsalı 2
1.25. kriolit və flüorlu alüminium istehsalı 2
1.26. sian ərintisi istehsalı 2
1.27. kalsium sianamid istehsalı 2
1.28. kalsium karbid istehsalı 4
1.29. karbitol və onun duzlarının istehsalı 2
1.30. sianlı natrium və sianlı kalium istehsalı 2
1.31. azot turşulu qurğuşun istehsalı 3
1.32. qurğuşun ferrosianid  istehsalı 3
1.33. qurğuşun peroksidi istehsalı 3
1.34. arsenli duz istehsalı: paris göyərtisi, natrium arsenatı, protars, arsenit və arsenatlı kalsium 4
1.35. üçxlorlu mərgümüş istehsalı 4
1.36. tellur istehsalı 4
1.37. sink fosfid istehsalı 4
1.38. dördxlorlu silisium istehsalı 4
1.39. perhidrol xinon üsulu ilə istehsal 4
1.40. metallik kalium və natrium istehsalı 2
1.41. selen tərkibli şlamı saflaşdıran selen istehsalı: yandırma üsulu ilə, nəm üsulla və arsenli selen tərkibli şlakların duz turşusu ilə işlənilməsi 4
1.42. sink tozunun istehsalı 2 və 3
1.43. manqan tərkibli katalizatorların istehsalı 5
1.44. xrom tərkibli katalizatorların istehsalı 2a
1.45. azot turşusu və barium karbonatı, hidratoksidi və barium peroksidi istehsalı 5
1.46. barium xloru istehsalı 5
1.47. süni manqan iki oksid istehsalı 5
1.48. majef istehsalı 5
1.49. nefelin koaqulyantı istehsalı 4
1.50. xrom anhidridi, kalium xrompiki, natrium və xrom oksidi istehsalı 2a
1.51. talliumun tətbiqi ilə monokristalların istehsalı 2
1.52. hopkalit istehsalı 5
1.53. regenerativ maddələrin istehsalı 4
1.54. ağ qurumun istehsalı 4
1.55. texniki məmulatlar istehsalı 4
1 2 3
2. b) üzvi məhsulların istehsalı
2.1. xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, qeksaxlorbenzol istehsalı 4
2.2. epixlorhidrin istehsalı 4
2.3. indofenol və indotoluidin istehsalı 4
2.4. benzatron, brombenzatron, dibenzatronil istehsalı 4
2.5. arilidlər asetosirkə turşusu istehsalı (anilid və xloranilid) 4
2.6. anilin, ksilidin, anilinin və toluidinin duzlarının istehsalı 4
2.7. anilinin kontakt üsulu ilə istehsalı 4
2.8. orto- və paratoluid, 2,6,-dixlorparanitroanilin, 2 xlor-, 4-nitroanilin (qırmızı azoamin 2S), xloranilin, paraxloranilin, 4
metaxloranilin, 2,5 dixloranilin, ortoxloranilin istehsalı
2.9. paranitroanilin, metanitroanilin, ortonitroanilin, dinitroanilin, metanitroparatoluidin, paronitroorto-toluidin, paranitrodietilanilin istehsalı 4
2.10. benzidin, dianizidin, tolidin, dixlorbenzidin, benzidin disulfoturşu istehsalı 4
2.11. alfa-naftilamin istehsalı 4
2.12. anizidinlər (ortoanizidin, paraanizidin, parafenotol, orto-fenotol, 4-nitro-2-amin-anizol (azomin qırmızı K) istehsalı 4
2.13. aminfenol (paraaminfenol, ortoaminfenol, paraxlorortoa-minfenol və paranitroortoaminfenol) istehsalı 4
2.14. naftionat və sulfaniat istehsalı 4
2.15. aminoazobenzol və aminoazotoluol istehsalı 4
2.16. diazodimetilanilin, diazodinitrobenzol, diazoaminbenzol istehsalı 4
2.17. metatoluilendiamin, parafenilendiamin, nitrofenilendia-min, paraaminodimetilanilin, 2,4-diaminoanizol, xlorfeni-len-diamin, metafenilendiamin istehsalı 4
2.18. dinitrobenzol, nitrobenzol və nitroksilol istehsalı 4
2.19. paranitroxlorbenzol, ortonitroxlorbenzol və dinitroxlorbenzol istehsalı 4
2.20. paranitrotoluol və ortonitrotoluol istehsalı 4
2.21. dinitro- və trinitrofenol istehsalı 4
2.22. selinon (dinitroortokrezol) istehsalı 4
2.23. monoetilanilin, monometilanilin, dimetilanilin, dietilanilin, etilortotolundin, etilbenzilanilin, metilbenzilanilin istehsalı 4
2.24. monometilamin, etilamin, dimetilamin istehsalı 4
2.25. ekstralin istehsalı: manqan duzu əsasında katalizator və əsas istehsal sahələri 4
2.26. fenilləşdirilmiş və toluidiləşdirilmiş məhsulların istehsalı 5
2.27. fenil-metil-pirazolon tətbiqi mərhələsində anilin və fenilhidrozin istehsalı 4
2.28. kaptaks, tiuram istehsalı 4

 

 

1 2 3
2.29. difenilquanidin istehsalı (qurğuşunla işləmə ərəfəsində) 4
2.30. sulfenamid-BT istehsalı 4
2.31. difenilamin, neozonlar “A” və “D” alnaft istehsalı 4
2.32. dimetilamin duzu, merkaptobenzotiazol və tetrame-tildiamino-difenilmetan istehsalı 4 və 5
2.33. bisetilksantogen istehsalı 4 və 5
2.34. paraoksidifenilamin istehsalı 4
2.35. paraminodifenilamin istehsalı 4
2.36. metanil turşusu istehsalı 4
2.37. 2,4-dixlorfenoksirkə turşusu istehsalı 4
2.38. nerolov turşusu istehsalı 4
2.39. pranitroxlorbenzolortosulfoturşu istehsalı 4
2.40. aminfenilparamin turşusu istehsalı 4
2.41. alfa-natrol istehsalı 4
2.42. hidroxinon istehsalı 4
2.43. fenol-aseton istehsalı 4
2.44. benzoldan və xlorbenzoldan fenolun istehsalı 4
2.45. sentralit, “leykonat” yapışqanı istehsalı 4
2.46. mixler ketonu və aloy turşusu istehsalı 4
2.47. leykotrop “O” istehsalı 4
2.48. ftal anhidridi, təmiz vanadium- 5 oksidi (konsentrləşdirilmiş katalizatorda) istehsalı 4
2.49. antraxinon, etilantrixinon, xlorantrixinon istehsalı 4
2.50. asenaftenxinon istehsalı 4
2.51. azoboya maddəsi, benzidin, dianizidin və alfa-naftilamin istehsalı 4
2.52. dinitroxlorbenzol və dinitrotoluolla əlaqədar boyalar istehsalı 4
2.53. bənövşəyi “K” əsaslı açıq yaşıl, işıqlı, mavi “Z” turşusu istehsalı 4
2.54. fuksin, pararozanilin istehsalı 4
2.55. niqrozin və indulin istehsalı 4
2.56. göy metilen rəngləyicinin istehsalı 4
2.57. yaşıl piqment ftalosion istehsalı 4
2.58. yaşıl turşu və göy-qara antaxinon rəngləyici istehsalı 4
2.59. azotol (A,OA,PA,OT,ANF,MNA,XA və s.) istehsalı 4
2.60. tioindiqod rəngləyiciləri istehsalı 4
2.61. kubozol və indiqozol istehsalı 4
2.62. rəngli kinoplyonka üçün komponent istehsalı 4
2.63. tetraxlorkarbon istehsalı 4
2.64. dixloretan istehsalı 4
2.65. trixloretan istehsalı 4
2.66. heksaxloretan istehsalı 4
2.67. xlorlu metilin və metilxloridin istehsalı 4
1 2 3
2.68. sovola, rematol, xlornaftalin istehsalı 4
2.69. xlorkerosin istehsalı 4
2.70. xlorpikrin istehsalı 2
2.71 fenilmetiluretan istehsalı 4
2.72. parafeniluratilan-sulfaxlorid istehsalı 2
2.73. bromlu metil və bromlu metilen istehsalı 5
2.74. bromlu etil istehsalı 5
2.75. etil xlorid, trixloretil və izopropil spirti istehsalı 4
2.76. diizosianat istehsalı 4
2.77. etilen oksidi, propilen oksidi və onların törəmələri, etilselikoz, xloreks, etilenqlikol və propilenqlikol istehsalı 5
2.78. benzinin, kerosinin pirolizi, piroqazın ayrılması və təmizlənməsi; etilenin polimerləşməsi, polietilen istehsalı 2
2.79. feniletil spirti istehsalı 4
2.80. dietanolanilin istehsalı 4
2.81. aminoenant turşusu istehsalı 4
2.82. sirkə anhidridi, fosgen istehsalı 2
2.83. sirkə anhidridi istehsalı 2
2.84. civə üsulu ilə asetaldehid istehsalı 5
2.85. etilenbenzol istehsalı 4
2.86. herbisidlər istehsalı 4
2.87. sikloheksanın nitrovaniya və oksidləşmə üsulu ilə kaprolaktam istehsalı 4
2.88. heksaxloran istehsalı 4
2.89. tiofos və merkaptofos istehsalı 5
2.90. etil mayesi istehsalı 5
2.91. qum üzvi birləşmələr istehsalı (metil-, etil-, fenil-, xlorsilan) 4
2.92. qranozan və merkuran istehsalı 4
2.93. etilensianhidrin istehsalı 2
2.94. asetonsianhidrin istehsalı 2
2.95. efir metakril turşusu, üzvi şüşə və nitrilakril turşusu istehsalı 2
2.96. B.F. məhsulu istehsalı 4
2.97. xlorlu benzol və peroksid benzolun istehsalı 4
2.98. porofor istehsalı 2
2.99. xlorparafin istehsalı 4
2.100. hidrazin hidrat istehsalı 4
2.101. etil spirtindən sintetik kauçuk SKB istehsalı 5
2.102. divinil nitril kauçukunun istehsalı (SKN) 5
2.103. stirol, alfametilstirol, divinilstirol kauçuku və lateksi, divinilmetilstirol kauçukunun istehsalı 4
2.104. xloropen kauçuk istehsalı (sevanit və nairit) 4
2.105. poliizobutilen istehsalı 5
1 2 3
2.106. butilkauçuk istehsalı (xlormetil mühitində) 4
2.107. izopren istehsalı 5
2.108. xlorvinil və polixlorvinil qətranı istehsalı 4
2.109. perxlorvinil qətranı istehsalı 4
2.110. fenolformaldehid və anilinformaldehid qətranı istehsalı 4
2.111. sıxılmış ovuntu və plastmas əsaslı fenolformaldehid və anilinformaldehid qətranı istehsalı 4
2.112. lifli kətan və asbestli sıxışdırılmış material istehsalı 4
2.113. iondəyişdirən qətran istehsalı 4
2.114. flüortörəməli etilen istehsalı 2
2.115. plastik qat və dolama məmulatı istehsalı 4
2.116. qara plastik kütlə məmulatı, qurğuşun qleti, stearit və silikat qurğuşun, azot turşu qurğuşunu və qurğuşunun belili istehsalı 3
2.117. formalin istehsalı 2
2.118. bloklu polistirol və emulsiyanın istehsalı 4
2.119. polikarbonat istehsalı 4
2.120. vanilin istehsalı: nitrozodimetilanilin və benzol ekstrasiya alınma etapı 4
2.121. bromundikan turşusu istehsalı 5
2.122. makrotsiklik laktonlar və eksalakton istehsalı 4
2.123. texniki benzin spirti istehsalı 4
2.124. difeniloksid istehsalı 4
2.125. təbii və sintetik lif istehsalı 4
2.126. karboksilmetilselliloza, metilselliloza istehsalı 4
2.127. əhəng südü (kalsium hidroksid) istehsalı 4
2.128. ferroxrominqosulfonat istehsalı 4
2.129. çirkli suların bioloji və kimyəvi təmizlənməsi sahəsi 4
3. c) laklar və boyalar
3.1. qurğuşun qlet və sülükən boyası istehsalı 3 və 2
3.2. qurğuşun kron istehsalı 3 və 2
3.3. qurğuşunlu ağ boya istehsalı 3 və 2
3.4. vertil sinkli ağ boya istehsalı 3 və 2
3.5. toksinlər artmayan tərkiblər, NİVK istehsalı 5
3.6. ultramarin istehsalı 4
4. ç) dağ-mədən işləri
4.1. apatit-nefelin filizinin çıxarılması 4
4.2. apatit-nefelin filizinin istehsalı (konsentratın alınması) 4
4.3 arsen filizinin çıxarılması 4
4.4. arsen filizinin istehsalı (ağ və metal arsenin alınması) 4

 

 

1 2 3
5. d) kimyəvi reaktivlər
5.1. sianid birləşmələr əsasında alınan reaktivlər istehsalı (benzoinoksimalfa (kupron), benzil, rubeanhidrogen turşusu, fenilsirkə turşusu, benzoin, nitroprussid natrium, asetonitril, geteroauksin, 2-furilaldehid, 2-furildioksin, furil, furoin, mindal turşusu, nitroprussid kalium) 2
5.2. göyümtül kalium və göyümtül natrium reaktivi istehsalı 2
5.3. texniki və reaktiv qırmızı qan duzu istehsalı 2
5.4. arsenlə birləşmə əsasında alınan reaktivlər istehsalı (arsanil turşusu, anpraxas, benzol-2-arson turşusu, 1-azo-2-oksinaftalin, 3,6-disulfoturşu, bromlu metilen, yodlu metilen, fenilarson turşusu, paradimetilaminoazofenilar-sen turşusu, ortonitrofenilarsen turşusu, paranitro-fenilarsen turşusu, fenantrolin ortosolyanoturşu, fenantrolan ortosernoturşusu, ferroin, toron, uranon) 4
5.5. flüor tərkibli duz reaktivlərinin istehsalı (silisium-flüorluhidrogenli alüminium, flüorlu alüminium,  silisiumflüorluhidrogenli kalium, titanlıflüorlu-ammonium, titanlıflüorluhidrogenli kalium, flüorlu maqnezium, silisiumflüorluhidrogenli natrium, flüorlu litium, flüorlu natrium və flüorlu kalium) 2
5.6. fosfortərkibli duz reaktivləri istehsalı (ammonium fosfor oksidi, barium fosfor oksidi, beşxlorlu fosfor) 4
5.7. berilltərkibli reaktiv duzlar istehsalı (berilazot turşusu, berill oksidi, berill kükürd turşusu, berill karbonu, berillsirkə turşusu, xlorlu berill) 5
5.8. karbon sulfidi birləşməsi əsasında alınan reaktiv istehsalı (dietilditokarbonat natrium, dizoton, difenilkarbozon) 5
5.9. qurğuşun duzu-reaktiv istehsalı (xlorlu qurğuşun, qurğuşun-2 oksidi, metal çubuqşəkilli qurğuşunlar, yodlu qurğuşun, azot turşulu qurğuşun, kükürd turşulu qurğuşun və s.) 3
5.10. Tula, Rorbax, Nesler və ağır maye məhsulları istehsalı 5
5.11. civəli azot turşusu-reaktiv istehsalı 5
5.12. xrom duzları-reaktiv istehsalı (azotturşuluxrom, hidrat oksidi, kükürd turşusu, xlorlu sirkə turşusu) 2a
5.13. manqan duzu-reaktivlər istehsalı 5
5.14. bariumun əriyən duzları-reaktivlər istehsalı (azot turşusu, karbon hidrooksidi) 5
5.15.

 

 

tərkibində mərgümüş, selen, berillium və manqan olan lüminofor istehsalı

 

4- selen və arsenlə,

5- manqan və berillə

işləyərkən
5.16. QAP (aktiv pirolyuzid) istehsalı 5
1 2 3
5.17. natrium hidrofosfit və kalium hidrofosfit istehsalı 4
5.18. selenli turşu istehsalı 4
5.19. silikat qurğuşun və stearat qurğuşun istehsalı 3
5.20. aeroflot istehsalı (ksilen, krezol, kalie butil) 4
5.21. amin məhsulları reaktivinin istehsalı (p-aminasetofenon, aminazobenzol-cüt, amidol, aminofenol-cüt əsaslı, aminfenol-meta və orto, anizidin buxarı, anilin duz turşulu, antrazo, anilid tioqlikol turşusu, asetil-difenilamin, benzilamin, butilamin, diazoamin benzol buxarı, orto-dianidin, dimetilaminoazobenzol-buxarı, dimetilamino-benzoldekid-buxarı, dimetilparafenilen-diamin duz turşusu, dimetilianilin duz turşulu, dipikrilamin, dietilanilin duz turşulu, dipikrilamin, dietianilin, 2.6-dixlorfenolindofenolin, dietilamin və onun duzları, nitrodifenilamin, propilamin, sulfanil turşusu, stilbazo, tolundin, tionalid, triptoran, fenilkirozin əsaslı, duzturşulu fenilgidrazin, fenilin-diamin buxarı və onun duzları, duzturşulu etilamin, ditioanilin, azobenzol, anilin, kükürdturşulu anilin, sirkə turşulu anilin, kükürdturşulu aminfenol-buxarı, dimetilanilin, difenilli sidik cövhəri, duz turşulu dimetiamin, duz turşulu metilamin, alga-naftilamin, beta-natroxinon, alfa-naftoxinon, tolidinorta, toluidin-, orto-, meta-, cüt, tolunlendiamid-meta, duz turşulu fenilgidrozin, tolundin, xlorhidrat, stilben, asetnaftalidalfa, asetofenon, benzo-xlor-2,4-dixlor anilid, dimetilqoşa-fenilendiamin sulfat, barium və natrium difenilaminosulfonat, difenilkarbazit, dietilparafenilendi-amin sulfat, 2,6-dibromfenolindofenol, dibrom-fenilhidrazin, dibutilamin, dimetil oksid, fenilhidroksilamin, kupferon) 4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.22. nitroməhsul reaktivləri istehsalı (2,4-dinitrofenilhidrazin, dinitrobenzol-meta, dinitrofenol beta və qamma, paranitrobenzolazoalfanafta (maqnezon-II), nitrobenzolil-xlorid-para, nitrofenol-meta-, para və orto, nitrotoluol-meta, para və orto, nitroanilin-orto, meta və para, nitrobenzol-para-azorezorsin (maqnezon-I), ninhidrin, nitron, nitrobenzol, nitrobenzolid-para, meta və orto, nitroazoalfanaftol-beta, nitroazobeta-naftol-alfa) 4
5.23. xinolin, ortooksixinolin, fenatralin-orto, naftoxinolin-beta reaktivləri istehsalı 4
5.24. karbohidrogen hallogentörəməli-reaktivləri istehsalı (benzoxlorid, benzoüçxlorid, dixlorbenzol-meta, bromto-luol-2 bromtoluol yodlu metil, bromlu, metil xlorlu, xlorlu tetrametilammonium, bromlu, yodlu) 4

 

 

1 2 3
5.25. uran, tiriumun radioaktiv duzlarının istehsalı 1
6. e) kimya – əczaçılıq istehsalı
6.1. teobromin istehsalı 2
6.2. fenilsetamid istehsalı 2
6.3. benzil sianist istehsalı 2
6.4. civəli preparatlar istehsalı: amidoxlor, sirkə turşulu, ikixlorlu, yodlu, təkxlorlu, sianist oksidi, salisilov turşulu, civəli sianist və civəli bromlu 5
6.5. gistidin və civə mazı istehsalı 5
6.6. merkuzal turşusu istehsalı 5
6.7. promeran istehsalı 5
6.8. promedol istehsalı 5
6.9. nitrooksifenilarson turşusu istehsalı 4
6.10. osarsol, novarsenol, miarsenol istehsalı 4
6.11. sulfodiamin istehsalı 4
6.12. fenasetin istehsalı (etoksilirovan, bərpaetmə, vakuumdistillə edilməsi, asetilirovan və regenerasiya şöbələri) 4
6.13. aminazin, propazin istehsalı 4
6.14. nitroxlorakridin istehsalı 4
6.15. fosfakol, armin və miotiki vəsait məhlulu istehsalı 4
6.16. paranitroasetofenon istehsalı 4
6.17. duotal və ditrazinfosfat istehsalı 4
6.18. naqanin, karboxalin, prozerin istehsalı: a) fosgenin alınması və fosgenləşdirmə, b) parapolundinin sianirləşdirilməsi (naqanın istehsalı), c) texniki karboxalin və prozerinin alınması, ç) göstərilən istehsalın ümumi peşələri 4
6.19. ampulalarda tibbi xloretil istehsalı 4
6.20. kutizon istehsalı 4
6.21. fosfor anhidridi istehsalı 4
6.22. sintetik ətirli maddələr istehsalı (civə tərkibli kremlər: yaz, metamorfoz, təmizbədənli, b) üçfülorlu bor və onun əsasında məhsullar) 5
7. II. Pikkerinq sobalarında neftin emalı istehsalında kerosinin pirolizi  

4

8. III. Əlvan metallurgiya istehsalı
8.1. civə istehsalı 5
8.2. qurğuşun və qalay istehsalı: a) qurğuşun və qalay filizlərinin əridilməsi, konsantrantların (aqlomeratlar), təmizlənmiş qurğuşun, qalay və qurğuşun tərkibli,

b) qurğuşun-lehim filizinin zənginləşdirilməsi

3
8.3. loparit konsentratı istehsalı: a) yeraltı işlər, b) yersəthi işlər, c) filizin zənginləşdirilməsi, ç) müxtəlif işlər) 1

 

 

1 2 3
8.4. loparit konsentratının işlənməsi 1
8.5. əridilən və mis filizi emal edilən, tərkibində qurğuşun olan, eləcə də konsentratlar (aqlomerat) və başqa materiallar 3
8.6. berillium istehsalı (berillium hidroksidi, berillium oksidi, berillium metalı və bilavasitə onlardan hazırlanan məhsulların istehsalı) 2
8.7.

 

 

yeraltı mədənqazma, hazırlayıcı və təmizləyici mədən işlərində və şaxtalardan qalay çıxarma, qurğuşun-sink sənayesi, filizin və ya süxurun tərkibində 10% və daha çox sərbəst silisium iki oksidi olan hallarda 4
9. IV. Elektrotexnika və radiotexnika istehsalı
9.1. civə ilə doldurulan qazboşaldıcı cihazların istehsalı 5
9.2. civəli termometrlərin istehsalı 5
9.3. qurğuşun (turşulu) akkumulyatorların istehsalı 3
9.4. dəmir kadmium (qələvili) akkumulyatorların istehsalı 2
9.5. mis oksidi və xüsusi elementlər (civə və qurğuşunun tətbiqi ilə əlaqədar işlərdə) istehsalı 5
9.6. elektrik kömür məmulatı istehsalı 3 və 4
9.7. qalvanik elementlər və batareya istehsalı 5
9.10. radioaktiv maddələrlə və ionlaşdırıcı şüalanmalarla görülən işlər (I – IV bölmələrində göstərilənlər istisna olmaqla) 1
10. V. Dəniz gəmilərinə apatit yükləmə işləri 4
11. VI. Qara metallurgiya istehsalı
11.1. domna istehsalı vitaminli preparatlar
11.2. poladəritmə və dəmirəritmə istehsalı vitaminli preparatlar
11.3. yayma və boruyayma istehsalı vitaminli preparatlar
12. VII. Yeyinti sənayesi istehsalı
12.1. çörək bişirmə istehsalı vitaminli preparatlar
12.2. tütün-maxorka istehsalı vitaminli preparatlar
12.3. tütün-maxorka tozundan nikotin istehsalı vitaminli preparatlar

 

  1. Aşağıdakı kimyəvi maddələrlə bağlı iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında pulsuz süd və ona bərabər tutulan məhsullar verilir:
  2. alifatik və alitsiklik karbohidrogenlər (doymuş və doymamış):

2.1.1. metan sırası karbohidrogenləri: butan, izobutan, pentan, izopentan, heksan, oktan, izooktan, ionan;

2.1.2. etilen sırası karbohidrogenləri: butilenlər, amilenlər, izobutilenlər;

2.1.3. tsiklik, doymamış karbohidrogenlər: tsiklopentadiyen, ditsiklopentadiyen,  tsiklopentadiyeniltrikarbonil permanqanat;

2.1.4. bir və iki nüvəli aromatik karbohidrogenlər: benzol, ksilol, toluol, etilbenzol, kumol, diizopropilbenzol, stirollar, difenil, naftalin və onların törəmələri;

2.2. yağlı karbohidrogen sırasının halogenli birləşmələri:

2.2.1. flüorlu törəmələr: flüoretilen, diflüoretilen, triflüoretilen, tetraflüoretilen, triflüorpropilen, diflüoretan, dekaflüorbutan;

2.2.2. xlorlu törəmələr: metilxlorid, metilenxlorid, xloroform, karbon-4xlorid, etilxlorid, dixloretan, trixloretan, tetraxlorpropan, tetraxlorpentan, vinilxlorid, dixloretilen, trixloretilen, tetraxloretilen, heksaxlortsiklopentadiyen, allozan, xloropren, allilxlorid, butilenxlorid, heksaxlorbutadiyen və bu sıradan başqaları;

2.2.3. bromlu  törəmələri: metilenbromid, metilbromid, etilbromid, dibrometan, tetrabrometan, dibrompropan, broform və başqaları;

2.2.4. yodlu törəmələri: metilyodid, yodoform, etilyodid və başqaları;

2.3. aromatik karbohidrogen sırasının halogenli birləşmələri: xlorbenzol, dixlorbenzol, trixlorbenzol, tetraxlorbenzol, heksaxlorbenzol, benzilxlorid, bezotrixlorid, xlorstirol, brombenzol, benzilbromid və bu sıranın başqa halogenli birləşmələri;

2.4. çoxnüvəli monotsiklik karbohidrogenlərin xlorlu birləşmələri: xlorlaşmış difenillər, difenilin xloroksidi, xlorindan, xlornaftalinlər, heptaxlor, DDT, heksaxlortsikloheksan, polixlorpinin, polixlorkamfen, xlorten, sinazin, artazin;

2.5. spirtlər:

2.5.1. yağlı karbohidrogenlərin doymuş və doymamış spirtləri və qlikolları:  metil spirti, allil və krotil spirtləri və başqa spirtlər;

2.5.2. yağlı karbohidrogen spirtlərinin halogenli törəmələri: ortaflüoramil, tetraflüorpropil və başqa spirtlər;

2.5.3. alitsiklik və aromatik sıra spirtləri: benzil spirti, tsikloheksanol və başqaları;

2.6. fenollar: fenol, xlorfenollar, pentaxlorfenol, krezollar, hidroxinon, natripentaxlorfenolyat və başqaları;

2.7. alitsiklik və alifatik sıranın efirləri və onların halogenli törəmələri: dimetil, dietil, diizopropil, dibutil, vinilbutil, divinil, monoxlordimetil, dixlordietil, tetraxlordietil, etilenqlikol, propilenqlikol, qliserin  və  poliqlikolların  efirləri;

2.8. fenol efirləri: qvayakol,  hidroxinonun  monobenzil  efiri, dinil və bu  sıradan  başqaları;

2.9. üzvi oksid və pereoksidlər: etilen, propilen oksidləri, epixlorhidrin, izopropilbenzolun  hidroperoksidi, benzol, peroksid, metiletilketon, tsikloheksanon oksidləri və bu sıradan başqa maddələr;

2.10. tiospirtlər, tiofenollar və tioefirlər: metil və  etilmerkaptanlar, trixlorfenol və pentaxlortiofenol, 2,4-trixlorfenoksisirkə turşusunun duzları;

2.11. əvəzləyici və əvəzləyicisiz aldehid və ketonlar:  asetaldehid, formaldehid, benzoldehid, akrolein, aseton, bromaseton, xloraseton, pentaxloraseton, heksaxloraseton və bu sıradan başqaları;

2.12. üzvi turşular, onların  anhidridləri, amidləri və hallogenan-hidridləri:  malein  ftal  anhidridi, turşular: qarışqa, sirkə, propion və onların anhidridləri, naften turşuları, benzoilxlorid, xlorfenoksisirkə turşusu, karbomon turşusunun birləşmələri, tio və ditikarbamid turşuları, dimetilfermamid və həmin qrupdan qalanları, həmçinin diazobirləşmələr, diazoketonlar və diazoefirlər;

2.13. mürəkkəb efirlər: nitrit, nitrat, sulfat, xlorsulfanol, qarışqa, sirkə, propion, akril, metakril turşuları, efirləri və onların halogenli törəmələri;

2.14. fosfat turşusunun mürəkkəb efirləri və amidləri: trikrezilfosfat, tiofos, metefos, metiletiltiofos, merkaptofos, metilmerkaptofos, flüorofos, tabun, zonan, zarin, oktametil, karbofos, M-81, №74 preparatları DDVF, fosfamid, dietilxlormonofosfat, metildixlortiofosfat, dimetilxlortiofosfat və digər fosfor üzvi zəhərləyici maddələr;

2.15. yağlı polietilen sırasının nitro və amino birləşmələri və onların törəmələri: nitroolefinlər, nitroetan, nitrometan, nitropropan, nitrobutan, nitrofoks, xlorpikrin, nitrosikloheksan, metilamin, dimetilamin, trimetilamin, etilamin, dietilamin, etilenimin, polietilepilin, polietilenpoliamin, heksametilendiamin, etanolamin, tsikloheksilalin və bu sıradan başqaları;

2.16. aromatik  sıranın  nitro  və  amin  birləşmələri  və  onların törəmələri: nitrobenzollar, nitrotoluollar, nitroksilol, dinok, dinoseb, nitronaftalinlər, nitrofenollar, nitro- və aminozollar, animen, asetonamilin, xloranilinlər, finilendiaminlər, benzidin, parafenetizin;

2.17. benzoxinonlar, naftaxinon, antraxinon, benzatren, parabezoxenon və dixlornaftaxinon;

2.18. üzvi boyalar: nitroxinon, nitro və nitroazoboyalar, azoboyalar, azin boyaları, 2-metilfuran (silvan);

2.19. hetrotsiklik birləşmələr istehsalında: furan, tetrahidrofuran, furfurol, tiofen, indol, piridin, pirazalen, purin, piridin və purin əsasları, pikolinlər, nikotin turşusu, dioksanlar, piperidin, morfomen, heksogen, barturatlar;

2.20. alkaloidlər: atropin, kokain, tiryək, morfin, kodein, strixnin, pilokarpin, skopolazin, salsolin, olekopos, papaverin, nikotin, anatazin, həmçinin tərkibində bu maddələr olan xammal və hazır məhsullar (narkotik-tütün, siqaret, siqaret istehsalı, tütünün fermentləşdirilməsi);

2.21. bor karbohidrogenləri;

2.22. halogenlər  və  halogen törəmələri: flüor, xlor, brom, yod, xlorlu, bromlu, flüorlu hidrogen, flüor turşusu, silisiumlu hidrogen flüorid turşusu, flüor oksidi, 1 və 2 xlor oksidi, triflüoridxlor, yodxlorid, karbonxlor oksidi (fosgen);

2.23. kükürd  birləşmələri: hidrogensulfid, karbonsulfid, xlorsulfon turşusu, kükürdün xlor anhidridləri, sulfid və sulfat anhidridləri;

2.24. selen və onun birləşmələri: selen anhidridi, selenit turşusu, selenat turşusu, onların duzları, selenxloroksidi, selenin üzvi birləşmələri;

2.25. tellur və onun birləşmələri;

2.26. azot  birləşmələri: hidrozin  və  onun  birləşmələri, azot oksidi, azot turşusu, natrium azit, ammonyak, natrium nitrat, azotxlorid, nitrozilxlorid, hidroksilamin;

2.27. sarı (ağ) fosfor və onun birləşmələri: fosfor anhidridi, fosfat turşusu və onun duzları;

2.28. mərgümüş (arsen) və onun birləşmələri: arsen  anhidridi və ona oxşar anhidridlər, kalsium arsenit, kalsium arsenat, natrium arsenit, Paris yaşılı, asarsol, iprit;

2.29. sürmə və onun birləşmələri: sürmə  anhidridi və sürməli, sürməli hidrogen, sürmə xlorid;

2.30. sianidlər: hidrogensianid, kalium  və  natrium sianidlər, disian, xlorsian, bromsian, kalsiumsianid, sianurxlorid, benzilsianid;

2.31. nitrollar: asetonitril, asetonsianhidrin, akrilonitril, etilensianhidrin, bezonitril və başqaları;

2.32. izosianatlar, fenilizosianit, heksametilen, diizosianat, tolyilendiizosianat və başqaları;

2.33. tərkibində  10%-dən  çox sərbəst  kristallik silisium 2-oksid olan aerozol şəkilli silisium birləşmələri;

2.34. civə  və  onun üzvi, qeyri-üzvi birləşmələri:  metal-civə, civə-sianid, civə-nitrat, guruldayıcı civə, dimetilcivə, etilmerkurxlorid, etilmerkurfosfat, dietilcivə, xlorfenolcivə, merkurasetet, merkuran və civənin  başqa birləşmələri;

2.35. manqan və onun birləşmələri: manqan oksidi, sulfat, xlorid və manqansulfat və onun başqa birləşmələrinin aerozolları;

2.36. berillium və onun birləşmələri: berillium oksidi, berillium oksidinin hidratı, berillium karbid, berillium sulfat, berillium xlorid, berillium flüor oksidi və başqa birləşmələrinin aerozolları;

2.37. tallium və onun birləşmələri: tallium xlorid, tallium sulfat, tallium asetat, tallium nitrat, tallium karbonat və başqaları;

2.38. titan və onun birləşmələri;

2.39. vanadium və onun birləşmələri: vanadium-5 oksid və 3-oksid, ammonium, natrium və kalsium vanadatları, vanadium xloridləri;

2.40. xrom və onun birləşmələri: xrom-3 oksid,  xrom oksidi, xrom zəyi,  natrium bixromat  və başqaları;

2.41. molibden  və  onun  birləşmələri: molibden-3 oksid, ammonium molibdat;

2.42. nikel və onun birləşmələri: nikeloksid, nikel 3-oksid, nikel 2-oksidin hidratı;

2.43. metanol;

2.44. qalay, bor və silisium üzvi birləşmələri;

2.45. qurğuşun və onun birləşmələri;

2.46. nikel, kobalt, manqan metallarının karbonilləri;

2.47. litium, sezium, rubidium və başqa qələvi elementləri və onların birləşmələri;

2.48. nadir  torpaq  elementləri  (lantanidlər)  və  onların  birləşmələri;

2.49. Kadmium oksid və onun başqa birləşmələri;

2.50. bioloji baytarlıq preparatları, heyvanların çimizdirilmə vasitələri, akarasidlər və ərazinin dezinfeksiyasında işlədilən baytarlıq preparatları;  antibiotiklər: biomisin, tetrasiklin, sintomisin, levomisetin və başqaları;

2.51. mikrobioloji mənşəli komponentlər: bakterioloji toksinlər, kimya-toksikoloji, virusoloji, seroloji və radioloji maddələr, mikotoksinlər;

2.52. güclü təsir edən zəhərli maddələrin aerozolları (“A” və “B” siyahısına daxil olanlar);

2.53. bütün növ dudaların istehsalı;

2.54. pestisidlər;

2.55. birinci  və  ikinci  dərəcəli  işlərdə  açıq  şəkildə  istifadə  olunan radioaktiv  maddələr.

  1. Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir.

___________________

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 14 dekabr

tarixli 550 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona

bərabər tutulan məhsulların verilməsi

QAYDALARI

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na (bundan sonra – Siyahı) uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir.

1.3. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir.

Siyahının 1-ci hissəsində göstərilən istehsalat sahələrində çalışan işçilərə  pulsuz müalicə-profilaktik yeməklər, 2-ci hissəsində göstərilən iş yerlərində çalışan işçilərə isə  süd və ona bərabər tutulan məhsullar verilir.

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı” ilə  müəyyən edilmiş iş yerləri iş yerlərinin attestasiyasının nəticələrinə əsasən xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə, bu iş yerlərində çalışan  işçilərə müvafiq rasion üzrə pulsuz müalicə-profilaktik yeməklər, həmin iş yerləri zərərli və ağır qiymətləndirildikdə isə süd və ona bərabər tutulan məhsullar verilir.

1.5. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, işçilərə müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi dayandırılır.

 

  1. Müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi normaları və şərtləri

 

2.1. Əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir.

2.2. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir.

2.3. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya  yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir.

Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir.

2.4.  Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə onların verilməsinə yol verilir:

2.4.1. qatıq   məhsulları   (kefir və s.)                      – 500 qram;

2.4.2. kəsmik, xama                                                – 150 qram;

2.4.3. yağlılığı  24 faizindən az olmayan  pendir     –   60 qram.

2.5. Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.

2.6. Qurğuşunun qeyri-üzvi  birləşmələri  ilə daimi  təmasda olan  işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə  saflaşdırılmış və konservləşdirilmiş  bitki mənşəli yeyinti məhsulları, meyvə  şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədi ilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində  250-300 milliqram  mət  olan  natural  meyvə  şirələri verilməsinə  icazə  verilir.

Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan  qabaq  verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir.

2.7. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.

2.8. Bu Qaydalarla müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə  tutulmaqla  ödənilir.

2.9. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanılmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır  əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

__________________

          №-li nüsxə

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory