İran xalqı dövlətə dəstəyini ifadə edir

Dünən və bu gün İranın 50-dən çox şəhərində kütləvi aksiya keçirən əhali dekabrın son günlərində ölkədə baş verən iğtişaşları pisləyib və dövləti dəstəklədiyini bildirib.

Tehranda, Məşhəddə, Əhvazda, İsfahanda, Zəncanda, Qəzvində, Şirazda və bir çox başqa şəhərlərdə küçə və meydanlara çıxan insanlar xarici qüvvələrin İranda sabitliyi pozmaq planlarının baş tutmayacağını, İranın Ali Rəhbərini hər zaman dəstəkləyəcəklərini bildiriblər.

Prezident Həsən Ruhani sosial problemlərin həlli istiqamətində təcili tədbirlərin görüləcəyini bəyan edib.

İran polis təşkilatının rəsmi nümayəndəsi Səid Möntəzir Mehdi bildirib ki, iğtişaşlar zamanı həbs edilənlərin çoxu azadlığa buraxılıb. Lakin iğtişaşları təşkil edərək dövləti təhqir edənlərə və sabitliyi pozmağa çalışanlara qarşı araşdırmadan sonra cəza tətbiq ediləcək.

Xatırladaq ki, dekabrın 28-də İranda iğtişaşlar törədilib. Bir sıra şəhərlərdə mağaza və ticarət mərkəzləri dağıdılaraq qarət edilib, sadə vətəndaşlara məxsus avtomobillər yandırılıb, dövlət obyektlərinə və şəxsi mülkiyyətə külli miqdarda zərər vurulub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory