Yazda “III Beynəlxalq Tərəkəmə Çərşənbəsi” Folklor Festivalı keçiriləcək

Bu il Ağsu rayonunun Gəgəli kəndində ənənəvi olaraq, axır çərşənbə günlərində “III Beynəlxalq Tərəkəmə Çərşənbəsi” Folklor Festivalı təşkil ediləcək.  Bu barədə “MİRAS”  Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə keçirilən, AMEA Folklor İnstitutu və Ağsu rayonu İcra Hakimiyyətinin, Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun  təşkilati dəstəyi ilə baş tutacaq festivalın proqramı rəngarəngdir. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramları, sərgi-yarmarka,   axır çərşənbə tonqalları ətrafında yazın gəlişinin qeyd edilməsi, Şamaxı və Ağsu turunun təşkili nəzərdə tutulur.  Həmçinin iştirakçılar Şirvan bölgəsində  Novruz bayramı adət-ənənələri, bu bölgənin zəngin süfrə mədəniyyəti ilə tanış olmaq, qurşaq atmaq,  folklor araşdırması aparmaq  imkanı əldə edəcəklər.

Festivalda   müxtəlif ölkələrin folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətlərinin iştirakı nəzərdə tutulur.  Tədbir çərçivəsində həmçinin  məktəblilər arasında muğam müsabiqəsinin keçirilməsi planlaşdırılır.

         Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 147
  • 107
  • 1,008
  • 4,835
ILK-10 Azeri Website Directory