Nazirlər Kabinetinin Qərarları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 2                                Bakı şəhəri, 5 yanvar 2018-ci il

“Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondu  haqqında Əsasnamə”,  “Ekoloji  auditor   fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət  ekoloji  ekspertizasının  maliyyələşdirilməsi   Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişiklik  edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, №  9, maddə 1598; 2017, № 3, maddə 513) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”nin 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“6. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:

6.1. elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

6.2. təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

6.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsinə);

6.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

6.5. Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə;

6.6. ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə, konfrans və tədbirlərin keçirilməsinə);

6.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

6.8. yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;

6.9. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

6.10. ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

6.11. ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

6.12. ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory