Dünyanın ən zəngin adamı

“Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının reytinqini açıqlayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyinin və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Yanvarın 9-na olan məlumata görə, “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 milyon səhmi Ceff Bezosa məxsusdur.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 87,2 milyard dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq  (77,5 milyard dollar) hesab edilib.

Beşliyi 76 milyard dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 37
  • 27
  • 429
  • 1,756
ILK-10 Azeri Website Directory