ADAU-nun tələbələri Gəncənin görməli yerlərinə ekskursiya ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbələrini Gəncə şəhərinin görməli yerləri ilə yaxından tanış etmək, onlara şəhərin tarixi, görkəmli şəxlər barədə geniş məlumat vermək məqsədilə ekskursiyalara start verilib.

İlkin mərhələdə ekskursiya bakalavriat səviyyəsi əyani təhsil formasının “əczaçılıq” ixtisasının tələbələri üçün təşkil olunub.

Tələbələr Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzeyi, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi məqbərəsi və muzeyini, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət ediblər. Bələdçilər tərəfindən verilən məlumatlar tələbələrdə şəhərin qədim tarixi, zəngin mədəni irsi, maddi mədəniyyət inciləri, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə geniş təsəvvür yaradıb.

Tələbələr təşkil olunan ekskursiyanı yüksək qiymətləndirərək bu kimi tədbirlərin davam etdirilməsinin maraqlı və vacib olduğunu qeyd ediblər.

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 40
  • 11
  • 1,178
  • 4,938
ILK-10 Azeri Website Directory