Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri ADAU-da olub

Görüş ““ADAU-nu tanıyaq” layihəsi çərçivəsində baş tutub.

Şagirdlər universitetin tələbə evləri, anatomiya və pataloji anatomiya muzeyləri, yardımçı təsərrüfatları, tədqiqat mərkəzləri və laboratoriyaları, auditoriyaları, idman zalları, kitabxanaları və digər infrastrukturları ilə yaxından tanış olublar. Şagirdlərlə söhət aparan universitet müəllimləri aqrar sahənin və aqrar təhsilin əhəmiyyəti, bu sahələrə dövlət dəstəyi barədə danışıb, sualları cavablandırıblar.

Qeyd edək ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli  tam orta məktəblə ADAU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin bariz nümunəsi kimi  15 dekabr 2017-ci il universitetin Aqronomluq fakültəsində keçirilmiş Gəncə şəhərinin orta məktəb şagirdləri arasında “Akademik Həsən Əliyevi tanıyaq” mövzusunda təqdimat müsabiqəsində adıçəkilən məktəbin şagirdi Fəridə Qurbanovanın 1-ci yerə layiq görülməsini göstərmək olar.

Mətanət Müslümova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 148
  • 108
  • 1,009
  • 4,836
ILK-10 Azeri Website Directory