20 Yanvar faciəsinə həsr olunur

Qanlı  Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlərin  nümayişi başlanmışdır.

Filmlərin nümayişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində keçirilir.

Bu  filmlər Milli  Qəhrəmanlarımıza  həsr olunmuş  “Vətən əsgəri”, “23 dəqiqə”, “Laçın qatarı”, “Şərəfli ömrün manifesti”, “Azadlığa gedən yol”, “Vətən sevgisi”, “Vətənə bağışlanan ömür”, “Ürəklərdə yaşayan qəhrəman”, “Qartaltək Vətənin keşiyində”, “Vətənə etibarlı oğul”, “Qartal qamətli qəhrəman”, “Vətənə dönənim”, “Mübarizlik zirvəsi” “Pəhləvan komandir”, “İlk komandir”, “Şuşalı şəhid”, “Cavanşir”, “Sonuncu uçuş” və “Vətən sağ olsun” kinolentləridir.

Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşması, vətənpərvər ruhda tərbiyəsi və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi yanvarın 19-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 40
  • 11
  • 1,178
  • 4,938
ILK-10 Azeri Website Directory