Nazirlər Kabinetinin Qərarları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 22                    Bakı şəhəri, 23 yanvar 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 oktyabr tarixli 1643 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939; 2015, № 5, maddə 655; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə “hərbi vəzifəlilər” sözlərindən sonra “(bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən aparılır.”.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory