Azərbaycan və Türkiyənın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfərin növbəti günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın doqquzuncu iclası keçirilib.

Əvvəlcə əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov iki qardaş ölkə arasında olan sıx münasibətlərdən və sosial sahədə də əməkdaşlığı zəruri edən səbəblərdən danışıb.

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülide Sarıəroğlu çıxış edərək Azərbaycan və Türkiyənin əmək bazarlarında olan vəziyyət, iş yerləri, özəl sektorda və digər sahələrdə əməkdaşlıq imkanlarından bəhs edib.

Sonra iki ölkənin nazirləri əməkdaşlıq protokolu imzalayıblar.

İmzalanma mərasimindən sonra hər iki nazir kütləvi informasiya vasitələrinin əməkdaşları üçün mətbuat konfransı keçirərək jurnalistlərin suallarına cavab veriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory