Yaradıcı gənclərə dövlət qayğısı artmaqdadır

Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”  Dövlət Proqramı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”,  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi sənədlərin qəbulu dövlətimizin başçısının böyüməkdə olan  nəslə diqqət və qayğısının bariz nümunəsidir.

Bu proqramların hər biri gənclərin maraq və istəkləri nəzərə alınaraq hazırlanır. Azərbaycan Respublikasının Prezidenti  yanında Gənclər Fondunun yaradılması ilə  yaradıcı gənclərin təşəbbüslərinə dəstək verilməsi,  bölgələrdə 40-a yaxın gənclər evinin təşkili, gənclər üçün Prezident mükafatının təsis edilməsi və görülən bir sıra digər işləri qeyd etmək olar.

Bu gün yaradıcı gənclər  üçün   hərtərəfli şərait yaradılır. Elm, texnika, texnologiya, rəssamlıq, bir sözlə incəsənət, idman və digər sahələrdə yaradıcı fəaliyyətlə məşğul olan, yeniliklərə can atan gənclər ölkəmizdə  həyata keçirilən  quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycanın   yaradıcı gəncləri  indi  dünyanın müxtəlif ölkələrində  festivallarda, beynəlxalq tədbirlərdə respublikamızı  layiqincə  təmsil edirlər.  Dövlətimiz onların  öz yaradıcı imkanlarını  genişləndirmələri  üçün  mühüm dəstək  verir.

Mədəniyyət  və incəsənət  sahəsində     çalışan  gənclərin potensialının  üzə çıxarılması  üçün  müsabiqələr,  festivallar,  keçirilir, qaliblər  mükafatlandırılır. Cənab Prezidentimiz Ilham Əliyevin və ölkənin Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevanın gənclərə olan xüsusi rəğbəti, qayğısı çox aydın  duyulmaqdadır. 2007-ci ilin ”Gənclər ili” elan olunması da gənclərə olan diqqət və qayğının göstəricisidir. Xüsusilə,  həmin il  yaradıcı gənclərin formalaşması, püxtələşməsi yönündə mühüm addımlar atıldı və böyük nailiyyətlər əldə olundu.

Son vaxtlar ölkəmizdəki yaradıcı gənclərin sayı daha da artmaqdadır və bu artım özünü müxtəlif sahələrdə göstərir. Məsələn, əgər azərbaycanlı bir gənc

rəssam özünün dünyagörüşünə, təfəkkürünə uyğun rəsm əsərləri yaradıb, onu dünya miqyasında nümayiş etdirməyə malikdirsə , bu, yalnız o gənc rəssamın deyil, rəssamlıq sənətimizin nailiyyətidir.

Əgər bizim bu gün bir sıra dünya ölkələrində musiqimizi, muğamlarımızı  yüksək səviyyədə təmsil edib  böyük nailiyyətlər əldə edən, qələbə qazanan gənclərimiz varsa, bu da öz məqamında böyük bir uğurdur.

Ölkəmizdə bu cür yaradıcı gənclərin olması və Azərbaycanımızı digər dünya ölkələrində öz yaradıcılıqları ilə tanıtması çox sevindirici bir haldır.

Yaradıcılıq qabiliyyəti olmayan bir insan yoxdur. Sadəcə olaraq, bu yaradıcılığı üzə çıxarmaq lazımdır.

Hazırda ölkəmizdə gənclərə, onların inkişafına yaradılan şərait, mühit çox yüksək səviyyədədir. Müxtəlif müsabiqələrin, debatların, konfransların, beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi inkişaf etməkdə olan müasir dövrümüzdə gənclərin daha da inkişafına, irəliləməsinə gətirib çıxarır. Onlarda özünə

inam hissinin formalaşmasına rəvac verir.  Yaradıcı   gənclərin  fəaliyyətini  stimullaşdırmaq  üçün   həyata  keçirilən layihələr   öz müsbət  nəticəsini verməkdədir.  Belə  layihələr əsasən  ölkəmizdə  yaradılan gənclər təşkilarları  tərəfindən hazırlanır  və uğurla  həyata keçirilir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 156
  • 25
  • 942
  • 2,816
ILK-10 Azeri Website Directory