İQTİSADİ HƏDƏFLƏR İNKİŞAFA HESABLANIB

Bölgələrin, ucqar kənd və qəsəbələrin simasının dəyişməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi  siyasətin, o cümlədən,  regionların inkişafına yönəldilən dövlət proqramlarının uğurlu icrası nəticəsində mümkün olub. Bunu Qarabağın qapısı adlandırılan Yevlaxın timsalında da görmək mümkündür.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası  Prezident İlham Əliyev tərəfindən yeni  dövrün tələblərinə  uyğun uğurla  davam etdirilir. On dörd ildən artıqdır ki, cənab İlham Əliyevin  müdrik rəhbərliyi nəticəsində ölkəmizin iqtisadi göstəriciləri artmaqda davam edir.
Ötən ildə də  ölkəmizin dinamik inkişafı  təmin edilmiş, qarşıda duran məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmiş, aparılmış islahatlar müsbət nəticəsini vermişdir.
2017-ci ildə qlobal  iqtisadi, siyasi və hərbi  böhranların davam etməsinə, dünyanın  əksər bölgələrində  sabitliyin pozulmasına, iqtisadi vəziyyətin ağırlaşmasına baxmayaraq ölkəmizdə  qeyri-neft sənaye istehsalı 3,6, qeyri-neft sektoru 2,5, kənd təsərrüfatı 4,1 faiz artmışdır. Valyuta ehtiyatı  4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etmişdir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuşdur, ixrac 19 faiz artmışdır. Bütün bunlar barədə ölkə başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı giriş və yekun nitqində ətraflı bəhs etmişdir.
Ötən il şəhərimizdə sosial-iqtisadi baxımdan xeyli işlər görülmüşdür. Ölkə başçısının diqqət və qayğısı  yevlaxlıları əvvəlki dövrlərdə olduğu kimi, 2017-ci ildə də  şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə alaraq işləməyə ruhlandırmışdır. Tikinti-quruculuq, abadlıq işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, insanları narahat edən problem və çətinliklərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.
Yola saldığımız 2017-ci ildə şəhərimizin həyatı üçün ən əlamətdar hadisə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yevlaxa növbəti səfəri oldu. Dövlətimizin başçısı bu səfəri zamanı da bir sıra obyektlərin açılışlarında iştirak etdi.

Ölkəmiz sürətli inkişaf yolu ilə irəliləməkdədir. Dünyanın  inkişafın Azərbaycan modelinə marağı getdikcə artır. Neftin qiymətindən asılı olmayan yeni  iqtisadi modelin hədəflərini isə dövlət rəhbəri çox aydın ifadə edib: “Bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.
Bəli, Azərbaycan bu gün qeyri- neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi  zərurətini də ön plana çıxarmış və bu istiqamətdə müəyyən addımlar atılmışdır. Yevlaxın timsalında da bunu təsdiq etmək olar.
Ölkə həyatı bu günlər aprelin 11-də növbəti Prezident seçkiləri keçiriləcəyi xəbəri ilə  daha da canlanmışdır. Hakim Yeni Azərbaycan Partiyası özünün namizədini artıq elan etmişdir.  Ümummilli liderin layiqli varisi möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi altında  son 14 ildə  ölkə həyatının bütün sahələrində qazanılmış parlaq nailiyyətlər və  qarşıya qoyulmuş möhtəşəm layihələr,ölkənin sabitliyi, xalqın dinc yaşayışı naminə  yorulmaz fəaliyyəti onun yenidən ölkə rəhbərliyi postuna namizədliyini zəruri edir. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” deyən, “Heç  bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir” qətiyyətli mövqe nümayiş etdirən liderə indi olduğu qədər gələcəkdə də böyük ehtiyacımız var. Qazanılmış güclü “Xalq-hakimiyyət”, “Xalq-Prezident” həmrəyliyinin seçki günü ən doğru seçimə imza atacağı şəksizdir.
Uğurlarla zəngin 2017-ci ili yola saldıq. Yeni ilin ilk aylarında da sosial-iqtisadi inkişafın göstəriciləri onu deməyə əsas verir ki, cari il də  kifayət qədər  nailiyyətlərlə zəngin bir il olacaq. Vəzifələrimiz isə çox aydındır. Regionların 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı bildirmişdir ki, həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır və bu istiqamətdə görülən işlər əhalinin sosial vəziyyətinin  yaxşılaşmasına xidmət edir. Bu baxımdan yevlaxlılar da yeni uğurlara imza atmaq üçün əzmlə çalışırlar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 1
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory