Gəncədə su və kanalizasiya sisteminin yenidənqurulması davam edir

Gəncədə əhaliyə verilən suyun keyfiyyətinin yüksəldilməsi, eləcə də sakinləri gün ərzində fasiləsiz içməli su ilə təmin etmək məqsədilə şəhərin su və kanalizasiya sisteminin müasirləşdirilməsi üçün aparılan yenidənqurma işləri davam etdirilir.

Gəncə şəhər İcra Hakimiyyətindən  bildirilib ki, şəhərin bütün ərazisində icra olunan layihə hər bir yaşayış massivini, məhəllə və qəsəbələri, eləcə də mindən artıq küçəni əhatə edəcək və layihənin icrası 2020-ci ildə yekunlaşacaq.

Qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində 2011-ci ildən başlanmaqla, mərhələli şəkildə 5 müqavilə üzrə həyata keçirilən “Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində şəhərin içməli su təchizatı və kanalizasiya infrastrukturunun müasir tələblərə uyğun qurulmasına başlanılıb. Layihənin icrası müddətində 4 kontrakt üzrə ümumi uzunluğu 884 kilometr olan içməli su xəttinin 159 kilometri və ya 18 faizi, 891 kilometr olan kanalizasiya xəttinin 159,6 kilometri və ya 18 faizi çəkilib. Hazırda şəhər əhalisinin yalnız 17 faizi mərkəzləşmiş qaydada içməli su və kanalizasiya şəbəkəsi ilə əhatə edilib.

İlkin mərhələdə həcmi 16 min kubmetr olan 4 su anbarının, 28 kilometr su kəmərinin, 71 kilometr paylayıcı su şəbəkəsinin, kanalizasiya su xəttinin tikintisi aparılıb, magistral su xətti çəkilib.

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory