Gəncədə xocalılılar tibbi müayinədən keçirilir

Dünən, Xocalı soyqırımının 26-ci ildönümü ərəfəsində, Gəncədə – «Yeni qəsəbə- 2» də məskunlaşan xocalılar  və həmin qəsəbənin digər sakinləri icbari tibbi müayinələrdən keçirilib. Tibbi proflaktik baxış üçün lazım olan bütün avdanlıq və aparatlar gətirilib və müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, oftalmoloq, endokrinoloq, onkoloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, tibb elmləri doktoru, Əməkdar həkim Əlikram Məmmədov məlumat verib ki, qəsəbədə 1060 nəfərdən çox sakin müayinə olunub və onlara məsləhətlər verilib, 6 sakinə evində konsilium edilib.  Səyyar müayinələr zamanı 647 rentgenoflüoroqrafik, 114 elektrokardioqrafik, 98 ultrasəs, 238 laborator müayinə aparılıb. Onlardan 98 şəxsə ambulator müalicə təyin olunub, 14 şəxs stasionar müayinə və müalicə üçün şəhərdəki tibb müəssisələrinə dəvət olunub.

Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibbi müayinələr üçün ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Onlar bu aksiyanı Dövlət rəhbərinin daim vətəndaşların sağlamlığı qayğısına qalmasının daha bir bariz nümunəsi kimi qiymətləndiriblər.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlimlər də keçib.

Hamlet QASIMOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 74
  • 49
  • 1,081
  • 4,941
ILK-10 Azeri Website Directory