Gəncədə keçirilən biologiya olimpiadasında 400 məktəbli iştirak edib

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 7-11-ci sinif şagirdləri üçün biologiya fənnindən olimpiada təşkil edilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin biologiya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə dəstək göstərməkdir.

Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla yaxından tanış olublar.

AMEA-nın müxbir üzvü, GDU-nun professoru Vaqif Novruzov məktəblilərə və onların valideynlərinə son illərdə universitetin alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında ətraflı məlumat verib. Olimpiadada yüksək nəticə göstərən şagirdlərin universitet alimlərinin rəhbərliyi ilə çöl-təcrübə işlərində və müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri qeyd edilib.

Sonra şagirdlər biologiya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.

Biologiya-kimya fakültəsində keçirilən olimpiadada Gəncənin bütün ümumtəhsil məktəbləri, xüsusən universitetin baza məktəbləri, eləcə də Göygöl və Samux rayonlarından olan 400-nəfərdən artıq şagird iştirak edib. Olimpiada testlərinin nəticələri və qaliblər bir həftə ərzində elan ediləcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory