Sükut dəqiqəsi

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıblar, abidənin önünə qərənfillər düzüblər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AZƏRTAC

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 145
  • 105
  • 1,006
  • 4,833
ILK-10 Azeri Website Directory