Müsahibə

“Vətəndaş cəmiyyəti fəalları seçkilərin azad, ədalətli, şəffaf keçiriləcəyinə əmindirlər”

Ölkəmiz mühüm siyasi kampaniya ərəfəsindədir. Belə ki, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyəti olan prezident seçkiləri yaxınlaşır.  Azərbaycan bu il aprelin 11-də növbə+ti dəfə azad, şəffaf seçkilər keçirməklə, bir daha sivil, hüquqi dövlət qurmaq əzmində olduğunu nümayiş etdirəcək.

“Dünya Azərbaycanlıları İctimai Mərkəzi”nin rəhbəri Zaur Mirzə-zadə hesab edir ki, hər bir sivil ölkədə olduğu kimi, Azərbaycanda da cəmiyyəti irəli yalnız siyasi cəhətdən yetkin, Vətənin taleyinə biganə qalmayan, fəal insanlar apara bilərlər. Onun fikrincə, azad, demokratik seçkilər səmiyyətdə ictimai-siyasi fəallığı artırır.

-Dərin razılıq hissilə qeyd etmək istərdim ki, hazırda Azərbaycanda fəaliyyət göstərən əksər qeyri-hökumət təşkilatları prezident seçkilərinə ciddi surətdə hazırlaşırlar. Onlar yaxşı başa düşürlər ki, azad, demokratik seçkilər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirəcək.

Bu, bir reallıqdır ki, Azərbaycan vətəndaşı bu gün kifayət qədər fəaldır. Seçicilər səsvermə prosesinin şəffaf və ədalətli keçiriləcəyinə əmindirlər. Hər birimizin düzgün, ədalətli seçimi, əlbəttə, ölkəmizin tərəqqisini daha da sürətləndirəcək, hər bir ailənin, bütün xalqın rifahına müsbət təsir edəcək.

Azərbaycanda seçki mədəniyyəti seçkidən-seçkiyə yüksəlir. Bu, ölkəmizin dünyadakı imicinə də müsbət təsir göstərir. Xalqımız, ölkəmiz barədə pozitiv rəylər yaranır, Azərbaycanın siyasi nüfuzu artır. Qarabağ probleminin ədalətli həlli ilə bağlı şanslarımız yüksəlir.

“Dünya Azərbaycanlıları İctimai Mərkəzi” (DAİM) adından da göründüyü kimi, xarici ölkələrdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərir. DAİM idarə heyəti kollegial şəkildə prezident seçkiləri ilə bağlı bir sıra hədəflər müəyyən edərək artıq onların icrasına başlayıb. İlk növbədə, həm ölkə əhalisi, həm də xaricdə yaşayan soydaşlarımız arasında seçkilərlə bağlı geniş maarifləndirmə işi aparırıq.

İnanıram ki, Azərbaycanda budəfəki prezident seçkiləri xalqımızın, dövlətimizin, eləcə də qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə ən yüksək səviyyədə keçiriləcək. Mən fürsətdən istifadə edərək, hər bir soydaşımızı ölkəmizin gələcəyi naminə qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory