Gəncədə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Martın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki Mədəniyyət Evində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, saat 10:00-da keçiriləcək qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Samux rayonlarının sakinləri iştirak edəcəklər.

Qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər mövzuların diqqət mərkəzində olacağı qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə də müzakirələr aparılacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory