Prezident seçkiləri ən yüksək meyarlar əsasında həyata keçiriləcək

Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Azərbaycanda seçkilər şəffaf və demokratik prinsiplər əsasında, mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Seçkilərdə şəffaflığa mühüm önəm verilib, bu məqsədlə müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb. Yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanılıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb.

Yuxarıda qeyd edilənlərlə bərabər, Azərbaycanın Seçki Məcəlləsi ildən-ilə təkmilləşdirilib, bu istiqamətdə atılan addımlar, qəbul olunan qərarlar insanların seçki hüquqlarının qorunmasına xidmət edib.

Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilib.

Bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Əlbəttə, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə müşahidə olunur. Ölkəmizin qazandığı bu uğurlar hər birimizin  üzərinə düşən məsuliyyəti daha da artırır. Qarşıda duran əsas vəzifə prezident seçkilərini ən yüksək meyarlara uyğun keçirməkdir. İndiyə qədər reallaşdırılan seçkilərdə əldə olunan təcrübə  qarşıdan gələn seçkiləri də ən yüksək səviyyədə başa çatdırmağa şərait yaradacaq.

Hazırda ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan prezident seçkilərinin astanasındayıq. Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, aprelin 11-də prezident seçkiləri şəffaf, demokratik şəkildə keçiriləcək.

İzzət RÜSTƏMOV,
Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory