Seçkilərin vətəndaşların yüksək siyasi fəallığı şəraitində keçəcəyinə əminik

Müstəqil Azərbaycan prezident seçkilərinə hazırlaşır. Təqdirəlayiq haldır ki, seçkilərin ən yüksək dünya standartları səviyyəsində keçirilməsi məqsədilə, həm bu mühüm siyasi kampaniyanın təşkili üçün məsul olan dövlət təşkilatları, həm də ictimai qurumların, o cümlədən qeyri-hökumət sektorunun təmsilçiləri öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesində uğurla fəaliyyət göstərən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının analitik təhlil mərkəzinin rəhbəri Azər Verdiyev 2017-ci il aprelin 11-də keçiriləcək seçkilərin əhəmiyyəti barədə danışarkən bunları dedi:

– Fikrimcə, hər bir seçki prosesi cəmiyyətin demokratik dəyərlərə hansı səviyyədə sahib olduğunu nümayiş etdirir. Zərrə qədər şübhə etmirəm ki, Azərbaycan vətəndaşları əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçkilərdə fəal iştirak edəcəklər.

Müstəqil Azərbaycan dövləti hüquqi, sivil, demokratik dəyərlər əsasında fəaliyyət göstərir. Bu yolun bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın parlaq gələcəyinə xidmət edən bu siyasi xətt ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmlənməsi, iqtisadiyyatımızın inkişafı, mədəniyyətimizin tərəqqisi üçün münbit şərait yaradıb.

Ümummilli liderin siyasi kursu onun ən layiqli davamçısı, dövlət başçımız cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq böyük uğurla davam etdirilir. Fakt budur ki, Azərbaycan son illər regionun ən güclü, ən qüdrətli dövlətinə çevrilib. Azərbaycan xalqı bütün bunları görür və yüksək dəyərləndirir.

Qarşıda daha böyük və möhtəşəm vəzifələr durur. Bu vəzifələrin öhdəsindən uğurla gəlmək üçün cəmiyyətin bütün potensialının səfərbər olunması olduqca vacibdir. Düşünürəm ki, növbəti seçkilər vətəndaşların ölkəmizin ictimai-siyasi həyatında daha da fəallaşmasına, insanların daha kreativ, təşəbbüskar olmalarına müsbət təsir edəcək.

Bir məqamı da vurğulamaq istəyirəm. Hər bir səsvermə kampaniyasının uğuru, ilk növbədə, seçici fəallığından asılıdır. O yerdə ki, vətəndaş siyasi cəhətdən yetkin və fəaldır, orada seçkilər şəffaf və mütəşəkkil keçir. Azərbaycan da məhz belə ölkələrdəndir. Əminəm ki, ölkəmizdə seçkilər ölkə vətəndaşlarının yüksək siyasi yetkinliyə sahib olduqlarını bir daha nümayiş etdirəcək.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 99
  • 55
  • 1,337
  • 5,017
ILK-10 Azeri Website Directory