Kürdəmir: Səyyar qəbul-görüş

Martın 1-də  rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Kürdəmir  şəhərinin sakinləri  ilə  növbəti  səyyar  qəbul-görüşü  keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri-ziyalı Akif Hacıyev,  ağsaqqal  Rafiq Verdiyev, təqaüdçü Əliqulu Cəfərov və digərləri çıxış edərək ərazi vahidliyində  görülmüş  işlər  və  həyata  keçirilən tədbirlər barədə danışdılar.Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Qəbulda şəhər  sakinlərinin  təbii qaz, enerji və su təchizatı, sosial  müdafiə, yol, təhsil,  mədəniyyət, səhiyyə, məşğulluq və digər məsələlər ilə əlaqədar  təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıqlar verilib, qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kürdəmirlilərin  həmişə Ulu Öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbəri  cənab  İlham  Əliyevi daim dəstəklədiklərini bildirdi. İcra  Başçısı  rayonda , eləcə də şəhər ərazisində aparılan  tikinti,  abadlıq  və quruculuq  işlərindən danışaraq göstərilən  bu  diqqət  və  qayğıya   görə  ölkə   rəhbərinə kürdəmirlilər  adından öz minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Akif Hacıyev,

ziyalı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory