“Ulduz” jurnalının fevral sayında…

Bugünlərdə “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb.
Jurnalın bu sayı da ənənəvi olaraq ekspert rəyi ilə açılır. Bu dəfə Natiq Məmmədli Cümhuriyyət ilinin birinci “Ulduz”undan yazıb. “Özüylə söhbət”in yeni qonağı şair Hikmət Məlikzadədir. Şairin özüylə söhbətini şeirləri izləyib.

Elçin Hüseynbəylinin “Qəfil getmək” hekayəsinin təqdim olunduğu “Ulduz” jurnalının artkaspi.az saytının birgə layihəsi olan “Variasiya”nın qalibləri açıqlanıb.

“Nəsr” rubrikasında Arzu Şaminin “Kukla teatr”ı, Tural İsmayılovun “Mən, o və…”, Ülviyyə Tahirin “Urvatsız” hekayələri, “Şeir vaxtı”nda Sevinc Qərib və Sərvər Kamranlının şeirləri yer alıb.

Çingiz Aytmatovun “Tarixin dərsi və xalqın taleyi” yazısı “Tribuna” rubrikasındadır.

“Ölkələrdən səslər” rubrikasında Fərqanə Mehdiyeva Qazaxıstandan Ruslan Dost Əli, Rusiyadan Yaşar Süleymanlı ilə söhbətləşib. Rubrikada, həmçinin, Ruslan Dost Əlinin şeirləri, Yaşar Süleymanlının “Kimsəsizlər üçün ev” hekayəsi verilib.

Hicran Hüseynovanın “Sevgi nağılı” hekayə-pritçası, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Dünya mədəniyyətinin ana ideyaları necə yoğrulub” məqaləsi, Əli Ağazadənin “Yoldan xəbər” essesi də jurnalın yeni sayındadır.

Cəlal Məmmədovun təqdimatında “Qısa fikirlər xəzinəsi” bölməsində “Əsrin aforizm ustası” Stanislav Yeji Lets haqqında məlumat və himətli fikirləri çap olunub.

“Ulduz” jurnalı ilə axar.az saytının birgə layihəsi “Yazı masası”nın qonağı Mustafa Çəmənlidir.

“Debüt”də Aynur Mustafa və Tural Muxtarın şeirləri yer alıb.

Qəşəm Nəcəfzadə “Hücrə”də şair Zülfiyyə Yaqubqızının yaradıcılığından söz açıb. Pərvanə Məmmədlinin təqdimatındakı “Ədəbi müzakirə”də Cənubi Azərbaycan ədəbiyyat haqqında danışılır.

Mərziyyə Nəcəfova “Xocalı soyqırımı: poetik fəryaddan ümumbəşəri ittihama” yazısı ilə çıxış edib.

“Dərgidə kitab” rubrikasının qonağı Səxavət Sahildir. Burada “Nar ağacı” sərlövhəsi ilə şairin şeirləri verilib.

Sondakı “Sərgi” bölməsində Bakı şəhəri, 5 saylı orta məktəbin II sinif şagirdi Ceyla Əsgərovanın rəsmləri var.

Şahanə MÜŞFİQ 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory