2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub.

Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.

Siyahıların dəqiqləşdirilməsi zamanı MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn müraciət imkanı mütəmadi şəkildə seçicilərin ixtiyarında olub və görülən işlərin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Dəqiqləşdirmə prosesinin bütünlüklə effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunmasına heç şübhəsiz ki, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilmiş xüsusi proqram təminatları çox mühüm töhfə verib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri kütləvi informasiya vasitələrinin də iştirakı ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərtib edilmiş variantı ilə yaxından tanış olublar. Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan peşəkarlıqla istifadə olunub. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory