Ekologiyanı korlayanlar 750 775 manat cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. \r\n\r\nNazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli məcburi göstəriş verilib.\r\n\r\nÜmumilikdə, 28 iş üzrə 750 775 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 1617.1 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 91 iş üzrə 20681.33 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qurumlarına 17 iş göndərilib.\r\n

\r\n\r\nNigar Məmmədli

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory