355 min nəfərin maaşı artıb

“Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birindən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq”.

Bunu Strateq.az saytının yazdığına görə, Siyəzəndə jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunlardan 200 min nəfərə yaxını təhsil işçiləri, 140 min nəfərə yaxını səhiyyə,  13 min nəfərə yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfərə yaxın şəxs isə sosial təminat sahələrində çalışanlardır. Nazir bu şəxslərin 10 ay ərzində əmək haqlarının artırılması üçün dövlət büdcəsindən təqribən 100 milyon manatın ayrılacağını deyib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory