Azərbaycanda bu ilin fevral ayında 1,921 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

Cari ilin fevral ayında Azərbaycan Respublikasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq işlər davam etdirilib. Görülən işlərin nəticəsində “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Bunun nəticəsidir ki, “Azərenerji” ASC tərəfindən 2018-ci ilin fevral ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,921 milyard kilovat-saat olub.

Səhmdar Cəmiyyətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin rəqəm 2017-cı ilin fevral ayında 1,908 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb. O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda, tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin moderniləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory