Sumqayıtda bir ailənin altı üzvü dəm qazından boğulub

Sumqayıtda altı nəfər dəm qazı zəhərlənməsindən həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumat əsasında dərhal şəhər prokurorluğunun əməkdaşları və məhkəmə-tibb eskpertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib və altı meyit aşkarlanıb. Araşdırmalarla ölən şəxslərin həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlu, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızı, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlu, 2010-cu il təvəllüdlü Abbasova Zenfira Qüdrət qızı və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızı olduqları müəyyənləşib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə görə onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunduğundan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaq aparılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 40
  • 22
  • 352
  • 1,681
ILK-10 Azeri Website Directory