Flora QASIMOVA: Azərbaycan dövləti demokratik və şəffaf seçki keçirməyə həmişə maraqlı olub

Flora Qasımova Milli Məclisə Xankəndi Seçki Dairəsindən deputat seçilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının, terror aktlarının ağrı- acısını yaşayanlardandır. Söz yox ki, ömür-gün yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı  mərhum Şirin Mirzəyev ərazi bütövlüyümüzün qorunması istiqamətində xidmətlər göstərib və bu amal uğrunda şəhid olub. Flora xanımda torpaqlarımızın işğaldan azad olunmasına inam və ömür-gün yoldaşının, o cümlədən bütün şəhidlərimizin qanının yerdə qalmayacağına böyük əminlik var.

F.Qasımova ilə söhbətimizin ölkədə
prezident seçkilərinə ciddi hazırlıq işlərinin davam etdiyi bir vaxtda baş tutması  təsadüf deyildi. Məqsədimiz doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızı  Milli Məclisdə təmsil edən Flora xanımdan məcburi köçkünlərin seçki əhval-ruhiyyəsinin hansı vəziyyətdə olması barədə məlumat almaq idi. Xanım deputat dedi:

– Azərbaycan ərazilərinin  20 faizinin  işğalda olmasına və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halında yaşamasına baxmayaraq, ölkədə seçki keçirilməsi kimi mühüm siyasi hadisələrdə həmişə mütəşəkkillik göstərmişik. Seçki hər bir ölkənin, xalqın gələcək taleyidir. Prezident seçkilərini xüsusilə qeyd etmək istərdim. Çünki bu seçkidə ölkənin rəhbəri müəyyənləşdirilir. Növbəti 7 ildə xalqın, Vətənin taleyi seçilən rəhbərə etibar ediləcək. Ona görə də biz seçimimizdə son dərəcə diqqətli olmalı, qabaqcadan düşünməliyik. Bundan ötrü seçicilərə hər cür şərait, imkan yaradılıb. Ötən seçkilərdə də şahidi olmuşuq ki, səsvermə günü seçicilərə hər hansı bir təzyiq göstərilmir, onlar hansı namizədə səs verməyə istiqamətləndirilmir.  Hər kəs istədiyi namizədə, sərbəst şəkildə səs verir. Bütün bunlar həm yerli, həm də beynəlxalq müşahidəçilərin gözləri qarşısında baş verir.

Mən işğal altnda olan ərazidən deputat seçildiyimdən çox vaxt  seçki məntəqələrinə beynəlxalq müşahidəçilərlə birlikdə gedirəm. Onlar da görürlər ki, məcburi köçkünlər seçkilərdə mütəşəkkil iştirak edir, istədikləri namizədə sərbəst şəkildə səs verirlər.  Azərbaycanda seçkilərin demokratik və obyektiv keçirilməsi üçün dövlət başçısının siyasi iradə nümayiş etdirməsi əsas amillərdəndir. Biz hər seçkidə bunun şahidi oluruq. Hətta beynəlxalq birlik də dövlət başçımızın seçkilərn şəffaf və ədalətli keçirilməsində maraqlı olduğunu, bu istiqamətdə siyasi iradə nümayiş etdirdiyini  demokratiyanın inkişafı kimi dəyərləndirir.

Seçkidə şəffaflığın təmin edilməsi  üçün yeniliklərin tətbiq olunması Azərbaycanın reytinqini daha da yüksəldib. Bizim dövlətimiz  seçkilərdə elə yeniliklər  tətbiq edib ki, bu  vaxta qədər Avropanın  əksər ölkələrində  həmin yeniliklər tətbiq olunmayıb. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və seçki məntəqələrinə veb-kameraların quraşdırılması  məhz belə yeniliklərdəndir. Artıq dünya birliyi də Azərbaycanın demokartik və şəffaf seçki keçirməkdə maraqlı olduğunu etiraf edir. Bu baxımdan, növbəti prezident seçkilərinin də beynəlxalq tələblər səviyyəsində keçiriləcəyinə heç bir şübhə ola bilməz.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory