Samuxda növbəti təhsilyanı şura iclası keçirilib

Samux Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəb direktorlarının iştirakı ilə növbəti təhsilyanı şura iclası keçirilib.
İclasın gündəliyində duran RTŞ-nin aparıcı məsləhətçiləri tərəfindən Qarayeri qəsəbə 1 nömrəli tam orta məktəb-liseyin təmayül siniflərində tədrisin vəziyyəti, İnstitut qəsəbə tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” ilə bağlı görülmüş işlər və gözləntilər barədə monitorinqin nəticələri və Qaraarx qəsəbə ümumi orta məktəbdə tədrisin keyfiyyəti ilə bağlı keçirilmiş monitorinqin nəticələri müzakirə edilib və qərar layihəsi oxunub.

Qaldırılmış məsələlərlə bağlı fikir mübadiləsi edilib və Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən məktəb direktorlarına aidiyyatı üzrə tapşırıqlar verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 20
  • 15
  • 806
  • 2,680
ILK-10 Azeri Website Directory