8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik

Hörmətli xanımlar! Əziz qadınlar!

Azərbaycan xalqı da hər zaman qadına layiq olduğu böyük dəyəri verməyi, onun adını, şərəfini uca tutmağı bacaran xalqlardandır. Bizim ədəbiyyat və mədəniyyətimizdə ana, qız və gəlinlərimizin isməti, sədaqəti, fədakarlığı, vətənpərvərliyi və başqa nəcib xüsusiyyətləri ilə bağlı çox sayda həyati və bədii nümunələr var.

Azərbaycanda analara və bütün qadınlara qayğı və hörmət ənənələri xalqımızın min illər boyu formalaşan milli-mənəvi,  əxlaqi dəyərlərindən qaynaqlanır. Həmin gözəl adət və ənənələr bu gün də yaşayır və davam edir, hər yerdə xalqımıza, millətimizə başucalığı gətirir. Anaya, qadına, diqqət və qayğı müstəqil Azərbaycanın dövlət qadın siyasətinin əsas istiqamətlərindən biridir.

O cəmiyyət ədalətli və xoşbəxtdir ki, orada hər bir qadının şərəf və ləyaqəti qorunur.  Müstəqil Azərbaycan xalqı və dövləti məhz belə bir cəmiyyət qurur. Azərbaycan qadını gözəl, ismətli olduğu kimi, ağıllı, işgüzar və kreativdir. Siz qadınlar, Azərbaycanın tərəqqi və intibahında fəal iştirak etməyi özünüzün vətəndaşlıq borcu sayırsınız və bundan haqlı olaraq böyük qürur duyursunuz.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir. Bu gün cəmiyyətimizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı onlara mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradır. Nəsimi rayonunu təmsil edən qadınlar bu gün müxtəlif sahələrdə – elmdə, təhsildə səhiyyədə, eləcə də vətəndaş cəmiyyəti quruculuğunda və mədəniyyətlərarası dialoqun formalaşdırılmasında öz intellektual potensiallarını əsirgəmirlər.

Əziz qadınlar!

8 Mart Beynəlxalq Qadınlar Günü sevgi, zəriflik, gözəllik rəmzi olan qadınların bayramıdır.

Bayramınız mübarək! Sizə dünyanın ən əziz neməti olan can sağlığı, xoşbəxtlik, ailə həyatınızda və bütün işlərinizdə uğurlar arzulayıram.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory