Zərdabda əhalinin içməli su təminatı yaxşılaşdırılıb

Zərdabda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr uğurla yekunlaşıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu münasibətlə rayonun Salahlı kəndində açılış mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib.

İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə son illər Zərdab rayonunda mühüm layihələrin həyata keçirildiyini bildirib.

“Azərsu” sədrinin müavini Seymur Seyidov isə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bir neçə il öncə Zərdab şəhərində içməli su layihəsinin yekunlaşdığını bildirib. Sədr müavini Külüllü su mənbəyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, buradan Zərdab şəhərinə çəkilmiş magistral su xətti ətraf kəndlərin içməli su probleminin həllinə töhfə verib. Artıq sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.

Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Külüllü-Zərdab magistral xətti su mənbəyi seçilib. Magistral xətdən kəndlərə çıxışlar verilərək müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 5,7 km su xətləri çəkilib. Kəndlərdə əhalinin ümumi istifadəsi üçün 17 ədəd bulaq quraşdırılıb. Zərdab rayonunun 3 kəndində icra olunan layihələr 4630 nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.

CEYHUN

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory