Beşinci Beynəlxalq Muğam Festivalının iştirakçıları Gəncədə

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Gəncədə konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün ana və bacıları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman qadınların əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görüblər.

Qeyd olunub ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Vurğulanıb ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsertin xoş bir gündə keçirilməsi də, təsadüfi deyil. Çünki, tarixən qədim şərqin, o cümlədən Azərbaycanın böyük elm-mədəniyyət və incəsənət mərkəzi olan Gəncə, həm də çoxsaylı ədiblərin, musiqiçilərin, xanəndə və sazəndələrin şöhrət tapdığı bir şəhər olub. Məhz, Nizami Gəncəvi “Xəmsə”yə daxil olan ilk poeması “Sirlər Xəzinəsi”ndə özünün şairlik istedadını vəsf edərkən qeyd edib ki, indi Şərqin bütün saraylarında xanəndələr onun qəzəllərinə muğam oxuyurlar. Dahi şair sonrakı əsərlərində də şah saraylarındakı məclisləri tərənnüm edərkən orada çalınan nəfəsli, simli və zərb alətlərinin adlarını qeyd edib. Beləliklə, Nizami Gəncəvinin xəmsəsində o dövrdə Azərbaycanda ifa olunan 40-dan artıq musiqi alətinin adı çəkilib. Azərbaycanın ilk qadın şairi Məhsəti Gəncəvi isə öz dövrünün elmli-savadlı, filosof xanımı olmaqla yanaşı, həm də bir çox musiqi alətləri – çəng, ud, ney və rübabda mükəmməl ifa etməyi bacarıb.

Sonra şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərəyzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Orkestri, Göygöl mahnı və rəqs ansambılı və “Xəmsə” ansamblı tərəfindən səsləndirilən musiqi əsərlərini Xalq Artistləri Samir Cəfərov və Şahnaz Haşımova, Əməkdar artist Mehparə Cəfərova, eləcə də bir çox yerli müsabiqələrin qalibləri olmuş gənc müğənnilər ifa ediblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 168
  • 29
  • 954
  • 2,828
ILK-10 Azeri Website Directory