Qazaxda təşkil edilən yarmarka əhalinin razılığına səbəb olub

Novruzun gəlişi ilə əlaqədar Qazaxda təşkil olunan yarmarka əhalinin böyük razılığına səbəb olub. Çünki burada məhsulların çeşidi bol, qiymətlər isə adi bazar qiymətlərindən xeyli ucuzdur.Ötən şənbə və bazar günləri də yarmarkaya gələnlərin sayı xeyli çox olub, əhalinin tələbatına uyğun olaraq satışa müxtəlif çeşiddə məhsullar çıxarılıb. 

Artıq dördüncü həftədir ki, keçirilən yarmarkada rayon sakinləri üçün çeşidləri müxtəlif olan məhsullar satışa çıxarılır. Keyfiyyətləri yüksək olan məhsulların qiymətləri bazarla müqayisədə 20-30 faiz ucuzdur. Məsələn, burada quzu əti 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Şəhər bazarında bu qiymətlərə ət almaq mümkün deyil.

Rayon sakinləri və qonaqlar iki gün ərzində çeşidi müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları almış, bayram bazarının xidmətindən yararlanmışlar.   Alış-veriş edən sakinlər qiymətlərin ucuz olmasından, məhsulların çeşidinin çoxluğundan razı qaldıqlarını, Novruz yarmarkasının keçirilməsinə görə Ölkə Başçısına minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, rayon icra hakimiyyətinin yaratdığı xüsusi komissiya yarmarkanın təşkilinə və yüksək səviyyədə keçirilməsinə ciddi nəzarət edir.

          Hamlet Qasımov 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 0
  • 0
  • 1,007
  • 3,917
ILK-10 Azeri Website Directory